728 x 90 ad

ABŞ kəşfiyyatından Trampa xəbərdarlıq: "Rusiyanın əlində gizli məlumatlar var"

11.01.2017
ABŞ kəşfiyyatından Trampa xəbərdarlıq: "Rusiyanın əlində gizli məlumatlar var"
ABŞ kəşfiyyatı (CIA) Barak Obama və Donald Trampa sənədlər göndərərək xəbərdarlıq edib.

Musavat.com ABŞ mətbuatına istinadən xəbər verir ki, kəşfiyyat Rusiyanın əlində Trampın şəxsi həyatı və maliyyə vəziyyəti ilə bağlı həssas məlumatların olduğunu bildirib.

İddialara görə, sənədlərdə Rusiyanın Hillari Klintona aid məlumatları seçki kampaniyasına mənfi təsir etmək üçün yayaraq, Trampın prezident seçilməsinə yardım etdiyi qeyd olunur. 

Ehtimal olunur ki, Rusiya Tramp haqqında əldə etdiyi məlumatları onun üzərində təzyiq yaratmaq üçün istifadə edəcək.

Tramp isə iddiaları rədd edərək “Saxta xəbərlərdir. Siyası bir oyundur” - deyə vurğulayıb.

Kreml isə öz növbəsində səsləndirilən bütün iddiaları yalanlayıb.

Ən çox oxunanlar