728 x 90 ad

AFFA rəhbərliyinin erməni sevgisi: Və yaxud ermənilərlə görüşən qumarbaz hansı məqsədlə himayə edilir

26.11.2016
AFFA rəhbərliyinin erməni sevgisi: Və yaxud ermənilərlə görüşən qumarbaz hansı məqsədlə himayə edilir
Türkiyənin məşhur klubu olan “Beşiktaş”ın azarkeşləri Alaatdin Aykaçın klubun idərəçiliyindən uzaqlaşdırılması tələblərini səsləndirməyə başlayıblar. Bu barədə İstanbul klubun azarkeşlərinə yaxın olan ajansbesiktas.com saytı xəbər yayıb. Sayt yazır ki,  azarkeşlərin belə tələblər səsləndirməsinin iki səbəbi var. Ən başlıca səbəb Alaatdin Aykaçın ötən mövsüm keçirilən “Fənərbaxça” - “Qalatasaray” matçından sonra “bülbüllər”in prezidenti Aziz Yıldırımın qarşısında oturarkən çəkilən fotosu olub. Bu da İstanbul nəhəngnin fanatlarını qəzəbləndirib. 



Türk həmkarlarımız ikinci səbəbi belə izah ediblər - İşğalçı Ermənistanın Azərbaycana qarşı etdiyi soyqırımı qəbul etməyən 4 ölkədən biri olan Serbiyanın vətəndaşlığını qəbul edən Aykaç komandadan getməlidir”.

Xəbərdə xüsusi olaraq qeyd olunur ki, “Beşiktaş” TV-nin açılışı ilə yaxından maraqlanan Aykaçın o dövrdəki xərcləri də araşdırılmalıdır. 

Qeyd edək ki, Alaatdin Aykaç Azərbaycan futboluna da yad isim deyil. Belə ki, Aykaç bu mövsüm fəaliyyətini dayandıran və Azərbaycan futblunda rəqabət yaratmış olan "Xəzər Lənkəran" klubunun  sponsoru olan “Palmali” Şirkətlər Qrupunda tutduğu baş direktor vəzifəsində çalışıb. Məhz onun "Palmali"da işlədiyi zaman Mustafa Dənizli, Con Toşak kimi məşhur mütəxəssislər “Xəzər Lənkəran”a baş məşqçi gətirilib. Cənub klubunun təmsilçiləri hər iki məşhur məşqçinin Lənkərana gəlməsində əsas söz sahibinin Alaatdin Aykaçın olduğunu bildiriblər. Cənub klubunun fəaliyyətinin dayanmasının səbəblərindən biri də Aykaç tərəfindən həyata keçirilən effektsiz transfer siyasəti göstərilir. Bu barədə bir qədər sonra məlumat verəcəyik.

Qeyd edək ki, Alaatdin Aykaç azərbaycanlı iş adamı Mübariz Mənziovun sahibi olduğu  Palmali Dənizçilik şirkətində 8 il baş direktor vəzifəsində çalışıb, 8 ay əvvəl Mübariz Mənsimov tərəfindən işdən çıxarılıb. Mediada yayılan xəbərlərə Aykaç "Palmalı"ya aid hissələri geri qaytarmayıb  və bilərək şirkəti tenderlərdə uduzdurub. Bununla bağlı 
"Palmali Qrup" şirkətinin vəzifəli şəxslərindən olan Vüqar Hüseyn sabiq idarə heyəti sədrinin müavini Alaattin Aykaç haqqında açıq ittihamlar səsləndirmişd. Onun sözlərinə görə, AyKaç şirkətdən ayrıldıqdan sonra "Palmali Qrup"a aid bəzi şirkət hissələrini və əmlakları təhvil verməyib. İddialara görə, Aykaç şirkətin pulu ilə böyük miqdarda qumar oynayıb, İstanbulda olan lüks əmlakları isə şirkətə təhvil verməyib. İttiham olunan şəxslə əlaqə saxlamaq hələki mümkün olmayıb. Şirkət nümayəndələri edilən bütün ödənişləri, pul tranfertlərini araşdırır. 

Vüqar Hüseynin dediyinə görə, 15 ilə yaxın çalışdığı şirkətdə Aykaç "iki nömrə" mövqesində idi. Mənsimovdan sonra şirkətin bütün əməliyyatları ilə maraqlanan Aykaçla yolların ayrılmasından sonra böhran ortaya çıxıb. İddiaya görə, Aykaç üzərinə qeydli olan şirkətləri təhvil verməyib. Qrupa aid olan İstanbuldakı bir villa, üç qiymətli daşınmaz əmlakın da təhvil verilmədiyi məlum olub. Dörd gəmisi olan Maltadakı bir şirkətin də Aykaçın üzərinə qeydiyyatda olduğu iddia olunur.
 
Araşdırmalardan məlum olub ki, "Palmali" şirkətindən Kiprdəki bir şirkətə ödəmə edilib. Şirkətin Aykaçın bir yaxınının üzərinə qeydiyyatda olduğu, bu şirkətlə əməkdaşlıq edilmədiyi halda böyük miqdarda ödəmə edildiyi iddiası da hələ də açıq olaraq qalır. Aykaçın xaricdə qumar oynadığı zaman ödənişləri şirkət kartlarından etdiyi deyilir. Həmin ödənişlərin milyonlarla dollar olduğu iddia olunur.

Şirkətin mallarını və hissələrini əmanət olaraq qəbul edən Alaattin Aykaçın onları geri qaytarmadığı, Palmali Dənizçilik şirkətində saxtakarlıqlar etdiyi və bunların üzə çıxmasından sonra "Palmali"nin sahibi Mubariz Mənsimov tərəfindən işdən qovulub. Məlumata görə, o, şirkətin adından qatıldığı tenderlərdə "Palmali"yə maliyyə baxımından ziyana salan addımlar atıb, rəqib şirkətlərin leyhinə tenderlərdən çəkilib. 

İddialara görə, Aykaç şirkətin pulu ilə böyük miqdarda qumar oynayıb, İstanbulda olan lüks əmlakları isə şirkətə təhvil verməyib. Şirkət nümayəndələri edilən bütün ödənişləri, pul tranfertlərini araşdırır. 

23 il "Palmali" Dənizçilik şirkətində çalışan, 8 il baş direktor vəzifəsini tutan Alaattin Aykaç haqqında şirkətə ziyan vurmaq, şirkətin mal varlığını geri qaytarmamaq iddiası ilə məhkəməyə müraciət olunacağını bildirilir.

Ən maraqlısı isə budur ki, Türkiyədə qumarbaz kimi tanınan Aykaç Azərbaycan futboluna idarə edənlər tərəfindən himayə edilir. "Palmali"dən ayrıldan sonra SOCAR-a məxsus PETKİM-də işə başlayan Alaatdin Aykaç bu yaxınlarda Ermənistan Futbol Federasiyasının rəhbərliyi ilə görüşməsi də təsadüf sayıla bilməz...

Belede ortaya sual çıxır - sifirdan ən yüksək vəzifəyə qədər yüksələn şirkətinə xəyanət edən, kulli miqdarda ziyan vuran, qumarbaz ve sair formada iddialarla üz-üzə qalan bir şəxsi himayə etmək kimə  və nəyə lazımdır.  Sualin ikinci tərəfi düşmən dəyirmanına su tokənlər ölkəmizdə kimlərdir? 

Ən çox oxunanlar