728 x 90 ad

Arzu Rəhimova qarşı səfərbərlik: Novruzəli Orucov - Emin Həsənli ittifaqının gizlinləri

07.01.2017
Arzu Rəhimova qarşı səfərbərlik: Novruzəli Orucov - Emin Həsənli ittifaqının gizlinləri

General Novruzəli Orucovun rəislik iddiasının təşviqat-təbliğat, həmçinin xidmət rəisi Arzu Rəhimova qarşı qara piar işinə rəhbərlik Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli tərəfindən aparılır


Ölkədə aparılan struktur dəyişiklikləri ilə əlaqədar bir çox xidmət və qurumların ləğvi məsələsi gündəmdədir. Onlar arasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti də var. 

MilliYol-a daxil olan məlumata görə, xidmətin Müdafiə Nazirliyinə birləşdirilməsi ilə bağlı artıq danışıqlar başlayıb. Lakin hələ ki heç bir qurum bu məsələyə rəsmi münasibət bildirməyib. Hazırda Səfərbərlik Xidməti uğrunda hakimiyyətdaxili klanların mübarizəsi gedir və bu mübarizə Arzu Rəhimovu devirərək qurumu ələ keçirməyə yönəlib. Geniş səlahiyyətlərə malik bir hərbi qurum uğrunda yarandığı gündən  hakimiyyət daxilində, yüksək hərbi rütbəli vəzifəli şəxslər arasında ciddi savaş predmeti olub. 

Elə həmin vaxt ”vurulmuş" Əliağa Hüseynovun təqdimatı ilə nəqliyyat naziri Ziya Məmmədov Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti (KHVTİC) Respublika Şurasının sədri, general-mayor Novruzəli Orucovu yeni yaranacaq quruma rəis postuna gətirildi. Digər qrup – hakimiyyətdə “köhnə qvardiya” kimi tanınanlar isə Zaur Abdullayevi öz variantları kimi general rütbəsində bura yerləşdirdilər. Ziya Məmmədovun məlum hücumlar zamanı geri çəkilməsi N.Orucovu öz kabinetindən şölə çıxmayacaq qədər zəiflətmişdi. Amma son olaylar, Tramp-Məmmədovlar əlaqəsi bu klanın güclənmə ehtimalını artırır və bu da təbii ki, Novruzəli Orucov kartını yenidən gündəmə gətirir. 

Orucov əslən Ucar rayonundandır, məhz Z.Məmmədovun  dəstəyi ilə KHVTİC-nin Respublika Şurasının sədri olub. Hakimiyyətdaxili qruplaşmaların SHXÇDX rəhbərliyinə öz adamlarını gətirtmək istəyi başa düşüləndir. Çünki bu xidmət hansı qruplaşmanın himayəsi altında olacaqsa, həmin qruplaşma daha da güclənəcək. Bütün qoşun növləri bir növ bu xidmətdən asılı vəziyyətdədir.

Qeyd edək ki, hələ Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılırkən Novruzəli Orucov bu quruma rəis gəlmək üçün əsas namizədlərdən biri və birincisi idi. Ziya Məmmədovun yerlisi olan Novruzəli Orucov həmin dönəmdə böyük güc sahibi olan Nəqliyyat nazirinin bu posta olan namizədi idi. Eyni zamanda Novruzəli Orucov Prezidentin Müdafiə məsələləri üzrə köməkçisi, Prezident Administrasiyasınıı rəhbərinin müavini, general-leytenant Vahid Əliyevin də dəsətəyini ala bilmişdi. 

Həmin dövrdə KHVTİC Respublika Şurasının sədri vəzifəsində çalışan Novruzəli Orucovun yeni yaradılan quruma rəis təyin olunması demək olar ki, həl olunmuş məslə idi. Lakin Novruzəli Orucovun 1993-cü ildə Qarabağ müharibəsi dönəmində fərarilik etməsi ilə bağlı faktlar rəqibləri tərəfindən mətbuata sızdırıldıqdan sonra, generalın Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə rəis keçməsi xəyalı suya düşmüş oldu. Buna baxmayaraq himayədarları sayəsində Novruzəli Orucov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə rəisinin müavini postunu ala bildi. Bu postda uzun müddət kölgədə qalmasına baxmayaraq, yenidən aktivləşdiyi və N. Orucov Vahid Əliyevin yardımı ilə Arzu Rəhimovu deyvirməyə çalışdığı bildirilir. Hətta bəzi məlumatlara əsasən Vahid Əliyevin yardımı ilə Arzu Rəhimovun prezidentin yanında etimadının sarsıdılması üçün Novruzəli Orucovun xüsusi dosye hazırladığı bildirilir.

Bütün bunlar haqda məlumatlı mənbənin sözlərinə görə, N.Orucov hakimiyyətin yuxarı eşalonundakı siyasi dayaqları ilə yanaşı qeyri-hökumət təşkilatlarındakı “desantları”nı da aktivləşdirib. Məlumatlı mənbənin sönlərinə görə generalın rəislik iddiasının təşviqat-təbliğat, həmçinin xidmət rəisi Arzu Rəhimova qarşı qara piar işinə rəhbərlik Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri  Emin Həsənli tərəfindən aparılır. Belə ki, adıçəkilən şəxs əslində döyüş yolu keçməmiş generalın Qarabağ veteranları və ehtiyyatda olan zabitlər tərəfindən dəstəklənməsi imicini yaratmağa çalışır. 

Bu prosesdə digər bir məqsəd isə Azərbaycan Respublikasının Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-mühafizə Orqanları Veteranları Şurası kimi mühüm bir təşkilatı əla keçirməkdir.  Bunun üçün də Veteranlar Şurasının sədr müvini Cəlil Xəlilov hədəf seçilib.  Bu məsələ ilə bağlı ilginc məqamların yer aldığı geniş araşdırmamızı yaxın günlərdə diqqətinizə çatdıracayıq.

– Tələbəlik dövrünün siyasi mövqeyi və bir aclıq aksiyasının fəsadları;

– Müxalifətçilikdən iqtidar düşərgəsinə gedən dolanbaclı yollar;

– Səfər Əbiyevdən sonrakı dönəm və ya Müdafiə Nazirliyi Səfərbərlik Xidmətinə necə dəyişdirildi?

-Bir generalın qohumunun Respublika Veteranlar Təşkilatında post iddiası; 

– Üzdə bir, arxada başqa mövqe göstərənlərin gerçək üzü və ya ifşa olunan qruplaşma…

Bütün bunlar haqda növbəti yazımızda…

Ən çox oxunanlar