728 x 90 ad

Aslan İsmayılov məhkəməyə verildi

31.12.2016
Aslan İsmayılov məhkəməyə verildi
İş adamı, məşhur "Xəmsə” restoranlarının sahibi Mürvət Həsənli vəkil Aslan İsmayılovu məhkəməyə verib.

Bu barədə "AzPolitika.info”-ya M.Həsənli özü məlumat verib. Səbael rayon Məhkəməsinə təqdim olunmuş iddia ərizəsində iş adamı şərəf və ləyaqətin təhqiri, işgüzar nüfuza xələl gətirməyə görə üzr istəmək, təkzib və 500 min manat maddi təzminat tələbi qoyub. Məhkəmə yanvar ayında keçiriləcək.

Qeyd edək ki, Aslan İsmayılov rəsmi "Facebook” səhifəsində və KİV üçün keçirdiyi brifinqdə Mürvət Həsənlinin ünvanına sərt ittihamlar irəli sürüb və onu təhqir edib. Tərəflər arasında gərginliyin kökündə Türkiyənin "Emre Piliç” şirkətinin M.Həsənli ilə borc çəkişməsi durur. A.İsmayılov bu işdə "Emre Piliç” şirkətinə vəkillik edir. Onu da xatırlatmaq yerinə düşər ki, Azərbaycana damazlıq yumurta ixrac edən bu şirkətin səhmdarları arasında 2 erməninin olduğu üzə çıxıb. Belə ki, ermənilər Bozaçıyan və Oksayan bu şirkətdə 30 faizlik paya sahiblik edirlər. M.Həsənli bu fakt üzə çıxandan sonra şirkətlə işgüzar münasibətləri kəsdiyini bildirir. A.İsmayılov isə əksinə, "Emre Piliç”in yarıerməni şirkəti olmasına əhəmiyyət vermədən onun müdafiəsinə qoşulub.M.Həsənlinin dediyinə görə, bu müdafiəyə vəkil 200 min dollarlıq qonorar qarşılığında qoşulub

Ən çox oxunanlar