728 x 90 ad

Azərbaycan İsraildən “Dəmir günbəz” sistemləri alır – Böyük razılaşma

13.12.2016
Azərbaycan İsraildən “Dəmir günbəz” sistemləri alır – Böyük razılaşma

İsrailin timesofisrael.com nəşri hesab edir ki, Azərbaycan və İsrail arasında hərbi əməkdaşlıq dekabrın 13-də Bakıda İsrailin baş naziri Netanyahu və Azərbaycan prezidenti Əliyev arasındakı görüşdə mühüm mövzulardan biri olub.

Yekun mətbuat konfransında Əliyev İsraildən 4,85 mlrd. dollar məbləğində silah alınmasını nailiyyət kimi qeyd edib. Müqavilələrin böyük hissəsinin hələ irəlidə olduğunu deyən Əliyev bunun hədd olmadığını qeyd edib.

Nəşr bildirir ki, Bakı İsrailin “Dəmir günbəz” RƏM sistemi ilə maraqlanır. Taktiki RƏM sistemi düşmən raketlərinin tutulması üçün nəzərdə tutulub, raket hücumlarından təxminən 90 faizə qədər müdafiəni təmin edir.  /”Turan”

Ən çox oxunanlar