728 x 90 ad

Azərbaycanda radikal müxalifət yaradan Kəmaləddin Heydərov barədə ilginc məlumatlar - ARAŞDIRMA (I-ci yazı)

10.10.2016
Azərbaycanda radikal müxalifət yaradan Kəmaləddin Heydərov barədə ilginc məlumatlar - ARAŞDIRMA (I-ci yazı) Azərbaycan hakimiyyətinin iqtisadi əzəməti hesab edilən Kəmaləddin Heydərov ölkənin demək olar ki, ən zəngin şəxslərindəndir. Onların məşhurluğu hətta ölkə hüdudlarından da kənarda tanınır. 

Kəmaləddin Heydərov bir vaxtlar Dövlət Gömrük Komitəsinin (Azərbaycanda ən çox korrupsiyaya uğramış təşkilatlarından biri) sədri olduğu vaxtdan bəri iqtisadi cinayətləri ilə özünə biznes imperiyası qura bilib. İndi isə o Fövqəladə Hallar Naziri vəzifəsini tutur. Bu vəzifəni daşımaqla nazir Dövlət Gömrük Komitəsini də özünün nəzarətində saxlayır. Bununla yanaşı meyvə şirələrindən tutmuş, öləkənin daşınmaz əmlak və həmçinin müxtəlif böyük biznes sahələrini nəzarətində saxlamaqda davam edir. 

Azərbaycanda güclü və qüdrətli insan

Kəmaləddin Heydərov Azərbaycan məmurlarının sırasında və hakimiyyətdə ən nüfuzlu şəxslərindən biridir. Bir çox müşahidəçilər onu Prezident İlham Əliyevdən də daha qüdrətli hesab edirlər. Buna əyani subut olaraq qeyd etmək olar ki, Kəmaləddin Heydərovun Azərbaycanın bölgələrinə səfəri zamanı dövlət başçısından fərqli olaraq əhali onu daha çox rəğbətlə qarşılayır. Onun qəbuluna düşmək üçün insanlar növbə çəkirlər. O bununla ölkə əhalisi arasında "çörək verən" bir insan imici formalaşdırıb. Əhali arasında Kəmaləddin Heydərovun xeyirxahlığı artıq demək olar ki, rəvayətlərə, dastanlara çevrilməkdədir. Kimlərsə onu keyfiyyətlərinə görə prezidentdən üstün sayır. Nazirin yaxın çevrəsinə daxil olanlar onu özlərinə qiymətli bir şəxs hesab edirlər. Bəziləri isə onu təhlükəli bir insan olduğunu düşünürlər. Ona görədə ona ya ŞEF ya da BARON deyirlər...

Kəmaləddin Heydərovun atası Qəbələ rayonundan seçilmiş deputat böyük hörmət sahibi Fəttah Heydərov hazırda Azərbaycanın Milli Məclisinin regional məsələlər komitəsinin sədr müavinidir. Heydərovlar ailəsinin Bakıdan kənarda yerləşən Qəbələ rayonu isə bu ailənin əsas baza hissəsidir. Xüsusilə bu rayonun yüz minə yaxın sakinləri Heydərovların bir növ xidmətçisinə çevriliblər. Azərbaycanın digər rayonlarına baxanda Qəbələdə insanlar Heydərovlar ailəsinin hesabına pis dolanmırlar. İnsanlar ailənin Qəbələdəki müxtəlif obyektlərində işlə təmin ediliblər. Bu səbəbdən də Azərbaycanın digər rayonlarına nisbətən Qəbələdən paytaxt Bakıya çörək pulu qazanmaq üçün gələnlər çox nadir hallarda olur. 

Əldə edilən milyonlar və oliqarxa çevrilən şəxs

Kəmaləddin Heydərov 15 iyul 1961-ci ildə Naxçıvan MR-in Babək rayonunun Çeşməbasar kəndində anadan olub. 1978-ci ildə Naxçıvan şəhər 1 saylı orta məktəbi, 1984-cü ildə Azərbaycan Dövlət Universitetinin geoloji-kəşfiyyat fakültəsini bitirib və Azərbaycan Universitetində ikinci ali təhsil alıb.

Əmək fəaliyyətinə 1978-ci ildə "Xəzərdənizneftqaz" kəşfiyyatı idarəsində başlayıb, texnik və geoloq vəzifələrində çalışıb. 1995-ci ilin yanvar ayında isə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, 2006-ci ilin fevral ayında Azərbaycan Respublikası Fövqalədə Hallar Naziri vəzifəsinə təyin edilib. 

Karyera yüksəlişinə sıçrayışdan sonra Dövlət Gömrük Komitəsinin sədri olmaqla Kəmaləddin Heydərov böyük sərvət əldə edə bilir. Əsasən mürəkkəb "qida zənciri", düşünülmüş peşəkərlıqla təşkil edilmiş korrupsiya əməliyyatlarını həyata keçirən Kəmaləddin Heydərov qısa bir zamanda Azərbaycan hakimiyyətinin məmurları arasında sərvəti milyardlarla dolları aşan oliqarxa çevrilir. 

2006-cı ildə Prezident İlham Əliyev Kəmaləddin Heydərovu fövqəladə hallar naziri vəzifəsinə təyin edir. Dövlət Gömrük Komitəsinin rəhbərliyinə isə Heydərovlar ailəsinin sadiq üzvü Aydın Əliyev gətirilir. Bundan əlavə Kəmaləddin Heydərov Dövlət Gömrük Komitəsində özünə yaxın olan şəxsləri yüksək vazifələrə gətirməklə, əsas gəlir yerlərindən bir olan və ən çox korrupsiyaya uğramış bu sturukturu əldən vermir. 

Məsələn hazırkı Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev mahiyyətcə iş prinspini həyata keçirsədə, komitədə Kəmaləddin Heydərovun necə deyərlər "qara kassası"na sədrin birinci müavini Səfər Mehdiyev nəzarət edir. Onun missiyası xüsusilə büdcədən kənar maliyyə məsələlərinin həll edilməsidir. Ölkəyə idxal olunan mallar məhz bu şəxsin monopoliyasındadır. Hazırda Dövlət Gömrük Komitəsində çalışan bir çox generallar Kəmaləddin Heydərovla şəxsi münasibətlərinə görə rütbə və vəzifələrlə təltif ediliblər. 

Londonu "satın alan" Heydərovlar

Azərbaycanda dəbdəbəli həyat sürən məmur övladları çoxdur. Lakin bunların sırasında Kəmaləddin Heydərovun oğlanları Nicat və Taleh Heydərovlar xüsusilə seçilir. Onların lüks həyat tərzləri heç də ərəb şeyxlərinin övladlarından geri qalmır. Onların fərqliyiyi ondan ibarətdir ki, digər məmur övladları Azərbaycanda bahalı avtomobil həvəsindədirlərsə Nicat və Taleh Heydərovlar müasir texnologilarla təhsis olunmuş təyyarələrə, yaxtalara və dünyanın ən elit təbəqəsinin yaşadığı ərazilərdə mülklərə sahib olmaqdır. Qardaşların bir müddət əvvəl "Golfstream" şirkətindən hər birinin 20 milyon dəyəri olan iki təyyarənin sifariş edilməsi onun göstəricisidir ki, Nicat və Taleh Heydərovların yaşayış tərzləri Prezident İlham Əliyevin övladlarından da qat-qat üstündür. Bu ailənin artıq “Airbus A319” markalı şəxsi təyyarəsi var. Onun salonu isə İsveçrəninn Bazel şəhərində tərtib edilib. İlkin məlumatlarda bildirlir ki, “Golfstream”lərin sahiblik hüququ “Shams al Sahra FZCO” (Dubayda Taleh və Nicatın adına qeydiyyatdadır) şirkəti ilə cənab Manouchehr Ahadpur Khangah arasında paylaşıb. Hər biri təyyarələrin 50 fazilik sahibliyinə malikdirlər. “Patriot Act” qanununun maddəsinə uyğun olaraq “Golfstream” şirkəti Heydərovlardan onalrın gəlirinin qanuni olduğunu təsdiq edən məlumat tələb edərkən məlum olub ki, Azərbaycandakı ailələr arasında ən çox onların əlində şirkət var. Buraya ərzaq konservləri, tikinti materialları, beton, asfalt, kimyəvi məhlullar, kərpiç, qips, dəri, tekstil, süd və şirə, spirtli içkilər, piano, CD və DVD (lisenziyas məhsulların olmadığı yerli bazarda satılan bu CD və DVD-lər çox güman ki, pirat surətlərdən ibarətdir) məhsullarının istehsalını və ya satışını həyata keçirən, habelə bank, turizm, kənd təsərrüfatı, sığorta və tikinti sahələrində fəlaiyyət göstərən şirkətlər daxildir.

Daha sonra Nicat və Taleh Heydərovlar Londonda dəyəri milyonlarla funt sterlinqlə ölçülən malikənələrə sahibdirlər. Xüsusilə Kensinqton, Çelsi və Naitsbridge Heydərovlar ailəsinin gözəlliyi ilə insanları cəlb edən malikənələri mövcuddur. Naitsbridge də Taleh Heydərova məxsus malikənəsinin qarşısında isə müxtəlif markalı bahalı avtomobillərin park edildiyi müşahidə etmək olar. Londonun cənubunda yerləşən, dənizkənarı kurort şəhəri olan Xeistinq Heydərovlar ailəsinin yay aylarında istirahət məkanlarından biridir. Bu ailəyə məxsus məşhur "Burgess" şirkətindən 183 milyon dollara alınan yaxta Xeistinqdə lövbər salıb.

Qeyd: 

Heydərovlar bizneslərini rəsmiləşdirmək üçün, çirkli pulların dövriyyəsində və leqallaşdırılmasında peşəkarlığa malik olmaları, bu GÜCÜN adına offşor zonalarda şirkətləri, çoxsaylı bank hesabları barədə redaksiyamız ilginc məlumatlar əldə edib. 

Məlumatlar hazırda araşdırılır və yaxın günlərdə Kəmaləddin Heydərovla bağlı II-ci yazını dərc edəcəyik. Yazıda fövqəladə hallar nazirinin Azərbaycanda ABŞ-ın keçmiş səfiri Riçard Morninqstarla gizli danışıqlarının təfərrüatları, hakimiyyətdə birincilik iddiasına düşmüş Kəmaləddin Heydərovun Qərb dövlətlərindən dəstək istəməsi və Azərbaycanın paytaxtında və regionlarında radikall müxalifət hüceyrələrinin yaratması eləcədə lazım olarsa nəzarətində olan hərbi dəstələri necə səfərbər etməsi, Azərbaycanda tanınmış qəzet baş redaktorlarından birinin ağır şəkildə cəzalandırılmasını sifariş etməsi, daha sonra hakimiyyətdəki rəqiblərinin hansı vasitələrlə sıradan çıxarması əks etdiriləcək. 
Bizi izləyin...
Azerinews.tv

Ən çox oxunanlar