728 x 90 ad

Bakıda 631 müəllim 1000 manatdan yuxarı əmək haqqı alır

14.09.2016
Bakıda 631 müəllim 1000 manatdan yuxarı əmək haqqı alır

Son illər Bakı şəhər məktəblərində çalışan müəllimlərin əmək haqları 11% artıb.

APA-nın xəbərinə görə, bunu Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva Bakı şəhər təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı deyib. O bildirib ki, paytaxt məktəblərində 13 029 müəllim 500-1000 manat, 631 müəllim 1000 manatdan yuxarı əməkhaqqı alır. 

İdarə müdiri qeyd edib ki, 2016-cı tədris ilində 22 nəfər ümumi təhsil müəssisəsinə məktəb direktoru təyin edilib. Onun sözlərinə görə, son 3 ildə Bakı məktəblərinə 69 nəfər yeni direktor, 141 nəfər yeni direktor müavini təyin olunub. M. Vəliyeva direktorların rotasiyasının davam edəcəyini söyləyib: “Son 3 ildə Bakıda 103 direktorun yerdəyişməsi həyata keçirilib. Bu il müəllimlərin işə qəbulu üzrə müsabiqəyə Bakı şəhərindən 726 vakant yer çıxarılıb. Vakant yerlərdən 410-u ibtidai sinif müəllimi ixtisası üzrə olub. Nazirliyin keçirdiyi yerdəyişmə müsabiqəsi nəticəsində digər rayonlar (şəhərlər) üzrə 72 nəfər müəllimin iş yeri Bakı şəhərinə dəyişdirilib”. 

 M. Vəliyeva əlavə edib ki, yeni tədris ilində paytaxtda 354573 nəfər şagirdin təlim-tərbiyəsi ilə 28285 nəfər müəllim məşğul olacaq. 

Ən çox oxunanlar