728 x 90 ad

Cəbhədən son xəbər: düşmən əsgəri ölümcül yaralandı

31.12.2016
Cəbhədən son xəbər: düşmən əsgəri ölümcül yaralandı
Dekabrın 31-də Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində atəşkəs rejimini pozan işğalçı ölkənin ordusu cavabını alıb. Belə ki, Ermənistan ordusunun işğal olunmuş ərazilərimizdəki mövqelərində bir düşmən əsgəri ağır yaralanıb. 

Musavat.com Ermənistan mediasına istinadən xəbər verir ki, bu, əsgər Qarik Vardanyandır. Erməni mətbuatı onun “dağlıq qarabağ ordusunda” xidmət etdiyini iddia edib. Ölümcül yaralanmış əsgər Xankəndidəki hərbi hospitala çatdırılıb. 

Cəbhənin şimal-şərq istiqamətində yaralanan erməni hərbçinin vəziyyətinin ağır olduğu bildirilir. Lakin Vardanyanın durumu kritik olduğundan onu Ermənistana, İrəvandakı hərbi hospitala aparmaq qərarı verilib. 

Qeyd edək ki, düşmən tərəf son günlər həm iki ölkə sərhədləri, həm də təmas xətti boyunca xeyli aqressivləşib. 

Ən çox oxunanlar