728 x 90 ad

İCRA BAŞÇISI CƏRİMƏLƏRİ ÖDƏMİR – Vəliyevin 57 radarı var

28.12.2016
İCRA BAŞÇISI CƏRİMƏLƏRİ ÖDƏMİR – Vəliyevin 57 radarı var

Azərbaycanda yol-hərəkəti qaydalarını pozan məmurların cəzalandırılması müşkül məsələyə çevrilib. Buna səbəb isə Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti əməkdaşlarının həmin məmurların, onların övladlarının sükanı arxasında olduqları avtomobilləri dayandıra bilməməsi, yaxud da dayandırarkən cəzalandırmamasıdır.

Bununla belə magistral yollarda və şəhərdaxili küçələrdəki müşahidə kameraları hər kəsin törətdiyi xətanı qeydə alır. Yazılan protokollar avtomobil sahibinin qeydiyyatda olduğu ünvana göndərilsə də lakin onlar cərimə ödəməkdən boyun qaçırır.

BDYPİ-nin adının çəkilməsini istəməyən əməkdaşlarından birinin Gununsesi.info-ya verdiyi xəbərə görə, yol hərəkəti qaydasını pozan məmurlardan biri də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevdir. Bu şəxsin nə az, nə də çox, düz, 57 radarı var. Ancaq cərimələri ödəməkdən imtina edir.

İcra başçısınıa məxsus 20 AA100 dövlət nömrə nişanlı “Lexus”u Gəncənin bir çox prospektlərində, həmçinin, Gəncə-Bakı magistralında 57 dəfə radara düşüb. Bu təkcə icra başçısına məxsus avtomobilin cari ildə törətdiyi inzibati xətadır.

Ən çox oxunanlar