728 x 90 ad

Dünyanın ən böyük bazarından fotoreportaj

18.10.2016
Dünyanın ən böyük bazarından fotoreportaj

Təbriz bazarı dünyanın ən böyük bazarlarından biri, birincisidir. Buna görə də UNESCO-nun mədəni mirası siyahısına salınıb. Ehtimallara görə, bu bazarın tikilmə tarixi eramızın IV əsrinə təsadüf edir.


Təbriz bazarında irili-xırdalı 5 min dükan və ticarət mərkəzi var. Bazardakı dalan, karvansara, rasta (bir neçə kiçik bazarın qovşağı) və s. yerləşən ərazinin uzunluğu 5 km-dir. Bazarda 19 timçə (eyni məhsulu və malı satan kiçik dükan), 8 dalan, 22 rastabazar, 22 karvansara və s. yerləşir.


Təbriz qədimlərdən Böyük İpək yolunun üstündə yerləşdiyindən, eyni zamanda buradan şimala - Şamaxıya, cənuba- Bağdada karvan yollarının olması Təbrizin mərkəzində yerləşən bu bazarı bütün ətraf ölkə tacirləri üçün cəlbedici eləyib. Bazarda xalça, qızıl-zinət əşyaları, meyvə-tərəvəz, qurudulmuş çərəzlər və s. satılır. Təbriz bazarının bir özəlliyi də odur ki, buranın qaravulçusu yoxdur.  Bazar mühafizə olunmur. Səbəbi isə insanların bir-birinə etibar etməsidir. Hətta orda işləyənlərin dediklərinə görə, qızıl-zinət satılan bölümlər belə mühafizə olunmur.


Xeber365.com

 

Ən çox oxunanlar