728 x 90 ad

GDU haqqında yayımlanan dezinformasiyalar nədən xəbər verir?

30.09.2016
GDU haqqında yayımlanan dezinformasiyalar nədən xəbər verir?

Ölkədə fəaliyyət göstərən ən qabağcıl universitetlərdən sayılan Gəncə Dövlət Universiteti sözün həqiqi mənasında bütün müsbət keyfiyyətləri özündə cəmləşdirə bilib.

Neçə-neçə savadlı, bacarıqlı kadr yetişdirən ali təhsil ocağı bundan sonra da öz ənənəsinə sadiq qalacağını söyləmək o qədərdə müşkül məsələ deyil. Əlbətdə ki, bütün bunlar universitetin daxilində nizam-intizamın yüksək səviyyədə olduğundan xəbər verir.

Gəncə Dövlət Universiteti bir neçə istiqamətdə ali məktəblərlə  müqavilələr  bağlayıb. Avropa  istiqamətində  Fransanın Yuxarı Elzas, Strasburq, Reyms Şampan-Arden, Albaniyanın Vitrina, MDB ölkələri istiqamətində Belarusun Vitebsk, İqtisad, Poltava, Gürcüstanın Tbilisi, Kutaisi universitetləri, Özbəkistanın Nizami adına Daşkənd Pedaqoji İnstitutu və Azərbaycanın  Bakı Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, AMEA Aşqarlar Kimyası, AMEA Kimya Problemləri İnstitutları, Bakı Ali Neft Məktəbi ilə əməkdaşlıq uğurla davam etdirilir. Etiraf edək ki, bü cür təqdirəlayiq işlər birbaşa rektor Yusif Yusifovun tələbkarlığından irəli gəlir. Universitetin müəllim və tələbə kollektivi görülən işlərə görə rektora təşəkkürlərini bildirirlər.

Lakin son günlər internet mediasında GDU və rəhbərliyi haqında həqiqətə uyğun olmayan məlumatlar yayımlanır.  Bu sual insanı qəlbən ağrıdır. Nədən bizlər üçün və gələcəyimiz üçün ömrünü şam kimi əridənlərin qədrini bilmirik.  Nə üçün öz ziyalılarımıza qənim kəsilmişik? Atdığımız bu addımlar bizləri xoşbəxt gələcəyə deyil, bataqlığın lap dərinliklərinə itələyib. Hazırki günümüzdə də bizlər bu rəzil işlərdən əl çəkmək istəmirik. Axı, Gəncə Dövlət Universitetin rektoru Yusif Yusifov ölkə başçısının sərəncamı ilə təyin edilib. Bu da o deməkdir ki, prezident ali təhsil ocaqlarına rektor təyin etdiyi şəxslərə inanır, güvənir.

Bir faktı nəzərinizə çatdıraq ki, bu günlərdə Gəncə şəhərində olarkən İqtisadiyyat və filologiya fakültələrinin yerləşdiyi 4-сü korpus  divarları saxlanılmaqla  tam sökülmüş və  qısa bir müddət ərzində əsaslı şəkildə beynəlxalq standartlara uyğun təmir olunub. Universitetin Xarici dillər fakültəsinin yerləşdiyi 3-cü korpusda  təmir işləri tam başa çatdırılmışdır. Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filalı fəaliyyətini dayandırdıqdan sonra Gəncə Dövlət Universitetinin balansına keçirilmiş Cavadbəy Rəfibəyli , 57 ünvanında yerləşən və dörd mərtəbədən ibarət V tədris binasında da əsaslı təmir işləri aparılır. Bina divarları saxlanmaqla başdan-başa sökülmüşdür.

Binada planlı surətdə, tələbata uyğun olaraq seminar, mühazirə otaqları, kabinetlər, kitabxana müəyyənləşdirilmiş, təmir də bu istiqamətdə aparılır. Binanın dam örtüyü mansarda tipində dəyişdirilmiş, otaqlarda istilik sistemi, sanitar qovşaqları yaradılmış, tədris üçün nə lazımsa Avropa standartları səviyyəsində öz real həllini tapmaqdadır. V tədris binasının əsaslı təmir edilib istifadəyə verilməsi Universitetdə tədrisin keyfiyyətinin yüksəldilməsi üçün lazımi şəraitin yaradılması deməkdir. Otaq baxımından çətinlik çəkən fakültələrdə artıq bu problemə bir dəfəlik son qoyulacaqdır və dekabr ayında bu tədris binasının tələbələrin istifadəsinə veriləcəyi planlaşdırılır.

Niyə məhz bəzi internet saytları görülən işləri qeyd etmir? Amma GDU haqqında şər, böhtan və dezinformasiyal elə yayımlanır ki, sanki qəqiqəti əks etdirir. Lakin universitetdə görülən işlər bütün dezinformasiyaları bir daha iflasa uğradır. (dosye.org)

Ən çox oxunanlar