728 x 90 ad

Jirinovskidən Türkiyə ilə bağlı inanılmaz təklif

23.12.2016
Jirinovskidən Türkiyə ilə bağlı inanılmaz təklif

Türkiyə ilə ittifaq dövləti (mərhələli şəkildə iki ölkənin vahid siyasi, hərbi, valyuta, gömrük və digər məkanlarını formalaşdırmaq – red.) yaratmaq lazımdır.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski söyləyib.

“Türkiyə ilə yaxınlaşma strateji xarakterli ola bilər. Bunun üçün ittifaq dövləti yaradılmalıdır. Gələcəkdə iki ölkə arasında səyahətlər zamanı xarici pasportların istifadə edilməməsi də mümkün ola bilər. Bu, viza rejiminin ləğvi və hesablaşmalarda milli valyutaya keçiddən sonra atılacaq növbəti addım olacaq”, – deyə, o bildirib.

Ən çox oxunanlar