728 x 90 ad

Kərəm Həsənovla Eldar Mahmudov ortaq obyekti – “Araz” otel

29.12.2016
Kərəm Həsənovla Eldar Mahmudov ortaq obyekti – “Araz” otel

Milyonluq otel komitə sədrinin güdazına gedib

Bakıda Xətai rayonu Yusif Səfərov küçəsindəki “Araz” oteli və ona bitişik yardımçı təəsrrüfatların sökülməsi cəmiyyətdə müxtəlif söz-söhbətlərə, fərqli versiya və ehtimallara yol açıb. Bugünlərdə cumhuriyyet.az-a özəl mənbədən daxil olan məlumatda sökülən otellə bağlı maraqlı məqamlar yer alıb.
Bilgili qaynağın sözlərinə görə, sökülən otel sabiq MTN rəhbəri Eldar Mahmudov və Daşınmaz Əmlak Komitəsinin rəhbəri Kərəm Həsənova məxsusdur. Sabiq nazirlə indiki komitə sədrinə mxsus məlum otel üçüncü bir şəxsin adına rəsmiləşdirilib və bu günə qədər “yuxarı”dan uğurla gizlədilib. Lakin bir neçə gün bundan öncə sözügedən otelin əsl sahibləri ilə bağlı gerçək informasiyanın Prezident Adminitrasiyasına çatdırılması hər iki şəxsin yalanını ifşa edib.
Mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə, otelin sökülməsinə səbəb isə K.Həsənovun bu otelə sahibliyini cidd-cəhdlə üstündən atması olub. Belə ki, məlum informasiyanın Prezident Administrasiyasına çatdırılmasından sonra sözügedən quruma çağırılan K.Həsənovotelə sahibliyini inkar edib. Onun illər sonra belə həqiqəti etiraf etməməsi və otelə sahibliyini inkar etməsi “yuxarıların” qəzəbinə səbəb olub. Məhz buna görə də otelin içindəki əşyalarla birlikdə 24 saat içində sökülməsinə qərar verilib.

    • Kərəm Həsənova otellə bağlı hansı cəza verilib?
    • Sökülən otel daha kimləri üz-üzə qoyub?
    • Məlum söküntüdən kimlər necə qazanıb? 

    Mövzunu davam etdirəcəyik…

    Ən çox oxunanlar