728 x 90 ad

Körpüdən yıxılan azarkeşə AFFA kömək etməyib - Dayısından açıqlama

10.10.2016
Körpüdən yıxılan azarkeşə AFFA kömək etməyib - Dayısından açıqlama

Azərbaycan – Norveç matçından öncə Bakı Olimpiya Stadionuna gedərkən körpüdən yıxılan azarkeşlə bağlı yeni məlumat var. Mətbuatda yayılan məlumatlara görə, zərərçəkmiş Nahid Zahidovun bütün xərcləri AFFA tərəfindən qarşılanacağı bildirilib.

Qeyd olunur ki, federasiyadan dünən zərərçəkənin valideynləri ilə əlaqə saxlanılıb və hərtərəfli yardım ediləcəyi bildirilib.

Lakin Nahid Zahidovun dayısı İmran Şəbiyev “Qafqazinfo”ya verdiyi açıqlamada məlumatı təkzib edib. O bildirib ki, bu deyilənlər yalandır və AFFA heç bir qəpik də olsa, köməklik göstərməyib: “Mənə dedilər ki, mətbuatda xəbərlər var ki, AFFA bacımoğlunun xəstəxana xərclərini üzərinə götürüb. Burdan onu yazanlara səslənirəm ki, hamısı yalandır, şayiə yayırlar. Federasiyadan bizə zəng edib maraqlanan da olmayıb. Maddi köməklik demirəm, uşağın hansı vəziyyətdə olduğunu soruşan da yoxdur. Axı,niyə yalandan belə şeylər yazırlar? Biz bütün xərcləri özümüz çəkirik. Heç kim bizim haqqımıza girməsin”.

Dayısı Nahid Zahidovun vəziyyətinin hələ də çox ağır olduğunu bildirib: “Uşağın vəziyyəti çox pisdir və reanimasiyadadır. Dalağını çıxarıblar, qara ciyəri ciddi zədə alıb, sidik kisəsi cırılıb, çənəsində ciddi sınıq var. Digər bir neçə yerdəndə ciddi xəsarət alıb. Həkimlər sağ olsunlar ki, çox ciddi maraqlanırlar”. 

***

AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu da saytımıza açıqlama verərək azarkeşə yardım edəcəklərini bildirib: "Hazırda xəstə bizim həkimimizin nəzarəti altındadır. Nə kömək lazım olsa, edəcəyik".

Ən çox oxunanlar