728 x 90 ad

“İşə qəbulda” - “Diplom və Tapşırıq” – DİALOQ - KARİKATURA

30.12.2016
“İşə qəbulda”  - “Diplom və Tapşırıq” – DİALOQ - KARİKATURA


 


Adamın diplomu yox, adamı olar, adamı . . .

 

İşsiz: Salam.

Müdir: Salam. Buyurun. Xoş gəlmisiniz.

İşsiz: İş üçün gəlmişəm. Gözətçi işi.

Müdir: Lap yaxşı. Sizi kim göndərib?

İşsiz: Bakı Dövlət Universiteti.

Müdir: Yox e, düz anlamadınız. Yəni, hansı müəllim?

İşsiz:  Mühafizə İşinin Təşkili fakültəsi.

Müdir: Bağışlayın, bizə Gözətçi işi ilə sizinlə bağlı zəng gəlməyib.

İşsiz: Axı, sizdə Mühafizə boşdur. Mən də elə mühafizəni bitirmişəm. Diplomum da var, budur, e.

Müdir: Bizə işə kimi götürməklə bağlı ağıl öyrədəcəksən?

İşsiz: Bağışlayın. Üzr istəyirəm. Siz əsəblərinizi mühafizə edə bilməsəniz də, mən öz əsəblərimi mühafizə etməliyəm.

 

İşsiz dilxor vəziyyətdə qapını örtür. Çıxır, bayıra.

Nəticə: 4 illik əziyyət, bu cür savad bir heç sayılır. “Yuxarıdan” deyilən 5-6 kəlmə, ayaq-baş qurulan cümlə ilə iş bitir.

 

P.S. Adamın diplomu yox,  adamı olar, adamı . . .    Bu cür sındırılan birisinə adam demək mümkünsə . . .  

 

 Arzu Səyyad

AZTODAY.AZ

Müəllifin digər maraqlı yazıları burada: “BÖYÜK ŞƏHƏRİN BALACA HACISI” – İcra, yoxsa icarə başçısı ? - Karikatura 

                                      http://aztoday.az/xeber-byk-lkenn-balaca-hacisi-agilli-mer-t89488.html

                                                                 "KİŞİ QIRIĞI" - "Alabala" - FOTO

                                       http://aztoday.az/xeber-ldquokisi-qirigirdquo-ldquoalabalardquo-t89471.html

Ən çox oxunanlar