728 x 90 ad

Nərimanovda İlham Zəkiyev ilə görüş keçirilib

02.12.2016
Nərimanovda İlham Zəkiyev ilə görüş keçirilib
01 dekabr 2016-cı il tarixdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin iclas zalında “Açıq söhbət” layihəsi çərçivəsində Azərbaycanın Əməkdar İdman Ustası,ikiqat Paralimpiya Oyunları, ikiqat dünya və altıqat Avropa çempionu, 2015 Avropa Oyunlarının qalibi, 6-cı dan sahibi, Qarabağ qazisi İlham Zəkiyev ilə Nərimanov rayon gənclərinin görüşü keçirilib.

Görüşdə ilk öncə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov çıxış edərək çempionu və fəal gəncləri salamlamış, İlham Zəkiyevin həyat və fəaliyyəti, eyni zamanda İdarənin fəaliyyəti, tələbə-gənclər təşkilatlarının sıx əməkdaşlığı haqqında geniş məlumat verib. İdarə rəisi çıxışında bu cür görüşlərin artıq bir ənənə halı aldığını və bu gün gənclər hər bir dövlətin gələcəyini, inkişafını istiqamətləndirən cəmiyyətin aparıcı qüvvəsi olduğunu qeyd etmişdir.

N.Novruzov qeyd etdi ki, Azərbaycanın hərtərəfli inkişafı üçün idman potensialının güclənməsi çox böyük əhəmiyyət daşıyır. Çünki idman ictimai həyatın mühüm hissəsidir. Tikilən idman qurğuları, sosial infrastrukturun yeniləşməsi – bütün bunlar sosialyönümlü tədbirlərdir.

Çıxış edən Azərbaycanın Əməkdar İdman Ustası, ikiqat Paralimpiya Oyunları, ikiqat dünya və altıqat Avropa çempionu, 2015 Avropa Oyunlarının qalibi İlham Zəkiyev ölkəmizdə həyata keçirilən uğurlu siyasət və onun nəticələri barədə, ölkədə kütləvi idmanın geniş vüsət almasından məlumat verib.
İlham Zəkiyev qeyd edib ki, Azərbaycan idman dövlətidir.

Bunu dünyanın bütün idman ictimaiyyəti bilir, qəbul edir. Azərbaycanda idman, Olimpiya hərəkatı ilə bağlı məqsədyönlü siyasət aparılır. İ.Zəkiyev bildirib ki, prezident İlham Əliyevin hələ 1997-ci ildə Milli Olimpiya Komitəsinin rəhbər seçilməsindən sonra ölkəmizdə idmana, bədən tərbiyəsinə diqqət daha da artdı və idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, idmançıların peşəkar səviyyədə hazırlanmasına göstərilən qayğı isə tezliklə öz müsbət nəticəsini göstərdi.

Daha sonra Paralimpiya Oyunlarının çempionu gəncləri maraqlandıran sualları cavablandırıb.
Sonda Ölkəmizi Beynəlxalq arenalarda yüksək səviyyədə təmsil etdiyinə və gənclərimizin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmasında göstərdiyi xidmətlərə görə Azərbaycanın Əməkdar İdman Ustası,ikiqat Paralimpiya Oyunları, ikiqat dünya və altıqat Avropa çempionu, 2015 Avropa Oyunlarının qalibi, 6-cı dan sahibi, Qarabağ qazisi İlham Zəkiyev “Gənclərin dostu” adlı Fəxri Fərmanla təltif olunmuşdur.

Ən çox oxunanlar