728 x 90 ad

Prezident İlham Əliyev Avropa Komissiyası ilə maliyyələşdirmə sazişinin imzalanması ilə bağlı fərman verib

31.12.2016
Prezident İlham Əliyev Avropa Komissiyası ilə maliyyələşdirmə sazişinin imzalanması ilə bağlı fərman verib
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikası ilə Avropa Komissiyası arasında Avropa Qonşuluq Aləti çərçivəsində Azərbaycanın Əlaqəli Regional İnkişafı Proqramına dair Maliyyələşdirmə Sazişinin təsdiqi barədə fərman imzalayıb. 

Fərmana əsasən, Azərbaycan Respublikası ilə Avropa Komissiyası arasında Avropa Qonşuluq Aləti çərçivəsində Azərbaycanın Əlaqəli Regional İnkişafı Proqramına dair Maliyyələşdirmə Sazişi təsdiq edilir. Azərbaycan İqtisadiyyat Nazirliyi bu fərmanın 1-ci hissəsində göstərilən sazişin müddəalarının həyata keçirilməsi üçün tədbirlər görməlidir.

Azərbaycan Xarici İşlər Nazirliyi həmin sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Avropa Komissiyasına bildiriş göndərməlidir.

Ən çox oxunanlar