728 x 90 ad

Rusiyalı səfirə neçə güllə dəydiyi açıqlandı - 11 ATƏŞ

20.12.2016
Rusiyalı səfirə neçə güllə dəydiyi açıqlandı - 11 ATƏŞ
Ötən gün Ankarada sui-qəsdə uğrayaraq öldürülən Rusiya səfirinə 9 güllə dəyib

 Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, Andrey Karlovun cəsədinin ilkin müayinəsinin nəticələri açıqlanıb.
  
Bildirilib ki, onun cəsədində 9 mərmi olub. Hadisəni törədən polis əməkdaşı Mərt Altıntaş sərgi zalında səfirə doğru 11 dəfə atəş açıb. Lakin 2 güllə səfirə dəyməyib. Karlovun bədənində 11 güllə izinə rastlanıb.
 
Hadisə nəticəsində sərgidə olan daha 3 nəfər də yaralanıb. Onlardan biri ötən gecə evə buraxılıb, digər iki nəfər isə bir qolundan, biri ayağından yaralandığı üçün hazırda xəstəxanada müalicə alır. 

Ən çox oxunanlar