728 x 90 ad

Şok: Türkiyəli yazar 3 gün öncədən hücumu bilirmiş

20.12.2016
Şok: Türkiyəli yazar 3 gün öncədən hücumu bilirmiş
Keçmiş "Zaman" qəzetinin yazarı Abdulla Bozqurd üç gün öncə "Türkiyədə konsulluqlar artıq nə üçün təhlükəsiz deyil?" başlığında məqalə dərc etdirmişdi.
 
Axar.az xəbər verir ki, Bozqurdun 3 gün öncə belə bir başlıqda məqalə dərc etdirməsi və bu gün Rusiyanın Ankara səfiri Andrey Karlovun öldürülməsi böyük diqqətə səbəb olub.
 
Abdulla Bozqurd məqaləsində qeyd edib ki, Prezident Rəcəb Tayyib Ərdoğanın Qərb dövlətlərinə qarşı sərt çıxışları islamçı muzdlu qatilləri xarici səfirliklərə yönəldəcək.
 
Bozqurd həmçinin iddia edib ki, Ankara və İstanbuldakı səfirliklərin qarşısında keçirilən aksiyaların əksəriyyəti Əl Qaidə terror təşkilatının tərəfdarları tərəfindən həyata keçirilir.
 
Türkiyəli yazar Əl Qaidəyə bağlı bu qrupların bəzən Milli İstihbarat Təşkilatı tərəfindən də koordinasiya və istifadə edildiyini iddia edib.

Ən çox oxunanlar