728 x 90 ad

SOS: Xərçəng xəstəliyinin sürətlə yaranma səbəbləri – MÜTLƏQ OXUYUN!

19.10.2016
SOS: Xərçəng xəstəliyinin sürətlə yaranma səbəbləri – MÜTLƏQ OXUYUN!

Son zamanlar xərçəng xəstəliyinə yoluxan xəstələrin sayı sürətlə artır. 

Bu cəmiyyətdə qorxu və həyəcanla qarşılanır. Bir çox insan isə bunu düzgün qidalanmamaqla və genetik kodu dəyişdirilmiş məhsullarla əlaqələndirirlər.Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Qaynarinfo.Az-a açıqlamasında bildirdi ki, ümumiyyətlə Azərbaycanda qida təhlükəsizliyi haqqında qanun yoxdur:

"Böyük Hipokrat deyib ki, biz nə yeyiriksə oyuq. Xərçəng xəstəliyinin yayılması göstərir ki, qida sənayesində böyük problem var. Əsas məsələ budur ki, ölkədə qida təhlükəsizliyi haqqında qanun yoxdur. Belə bir qanun olmayan yerdə təbii ki, qida təhlükəsizliyindən danışmaq yersizdir. Baxmayaraq ki, dövlət genetik modifikasiya olunmuş (GMO) malların idxalına qadağalar qoyub və ölkə başçısının bununla bağlı tapşırıqları var. Lakin ölkədə GMO məhsulları ilə əkinçilik, toxumçuluq var. Və xaricdən də gətirilir. Çox təəssüf ki, Azərbaycanda 3-4 labaratoriya var və onlar susurlar. Misal üçün, bıçaqla kəsilən və xarab olmayan çiyələklər, həftələrlə qalan pomidorlar, süd və süd məhsulları, qarpızlar... Bu siyahıya daxil olacaq çox mal və məhsullar var və sizlər də bunları bilirsiniz. Qonşu ölkələrdən də GMO mallarının daxil olması çox təəssüfləndirici haldır. Məhz, bu cür qidalarla bəslənən insanlar gələcəkdə xərçəng və insan ölümü ilə nəticələnəcək xəstəliklərə məruz qalır".

Azərbaycan uroloq-cərrah, tibb elmləri üzrə fəlsəfə doktoru Vasif İsmayıl xərçəng xəstəliyi ilə bağlı Qaynarinfo.Az-a açıqlama verdi. Ekspert xəstəliyin yayılmasını oturaq həyat həyat və düzgün qidalanmamaqla əlaqələndirdi:

"Xəstəliyin yaranma səbəbi çoxdur. Bunların hamısı açıqlanmış deyil, amma müəyyən faktlar məlumdur. Bu faktların başında insanın həyat tərzi və keçirdiyi infeksiyalar yatır. Əslində, xəstəliyin sürətlə yayılmasına GMO məhsulları deyil. Buna səbəb, hərəkətsiz yaşam tərzi, qeyri-təbii bəslənmə, məsələn, kolbasa, tez hazır olan məhsullar və şəkərdir. Söhbət şəkər xəstəliyindən getmir, şəkərin özündən gedir. İndiyənə qədər araşdırılıb və məlum olub ki, GMO məhsulları xərçəng xəstəliyinin yaranmasına səbəb deyil".

Doktor Vasif İsmayıl bildirdi ki, GMO məhsullarının xərçəngə səbəb olmasına dair heç bir elmi sübut yoxdur:

"GMO məhsullarının hər hansı mənfi təsirləri hələ də tapılmayıb. Məsələn, qarğıdalıya hörümçək geni soxulub. Hörümçək insana hansı ziyanı verəcək? İkincisi, bizim qida kimi qəbul etidiyimiz gen olduğu kimi həzm olunmur, turşulara parçalanır. GMO-nun xərçəngə səbəb olması heç bir elmi əsası olmayan iddiadır. GMO məhsullarının insan orqanizminə mənfi təsir edəcək heç bir elmi sübut yoxdur".

Azərbaycanda ən çox yayılan xərçəng xəstəliyinin növünü və bu xəstəliyin genetik xarakter daşıyıb-daşımadığını tibbi üzrə ekspert açıqladı:

"Xərçəng xəstəliyi genetik xarakter daşıyır. Yəni, ailədən də keçə bilər, sonradan əmələ gəlmiş mutasiyalardan da ola bilər. Məsələn, insan potiloma virusu deyilən xərçəngi  Azərbaycanda çox yayılıb. Bu xərçəng növü necə yayılır? Normal insan hüceyrəsinin içərisinə girir və orada sağlam insanın genetik kodunu dəyişdirir və öz genetik kodunu işə salır.Nəticədə xərçəng xəstəliyinə səbəb olur. Bu sonradan qazanılmış xərçəng xəstəliyidir. Xərçəng xəstəliyi həm gendən, yəni atadan, anadan gələ bilər, həm də sonradan qazanılmış ola bilər".

"Xərçəngdən necə qorunmalı" - tibb elmləri üzrə fəlsəfə doktoru qızıl qaydaları açıqladı:

"Xərçəng xəstəliyindən qorunmaq üçün kompleks tədbirlər mövcuddur. Birincisi, xərçəng xəstəliyinin yaranıb-yaranmadığını öyrənmək üçün, müəyyən dövrdə həkimə gedilməli və müəyyən müayinələrdən keçmək lazımdır. Vacib amillərdən biri də düzgün həyat tərzidir. Gün ərzində minimum 3 kilometr sürətli addımlarla gəzmək məsləhətdir. Qaçmaq yox, gəzmək. Daha sonra, qida rejiminə diqqət etmək lazımdır. Məsələn, un -əvvəllər kəpək unlar var idi. Amma biz təmizlənmiş undan istifadə edirik. Ən böyük fakt şəkərin ortadan qaldırılmasıdır. Tamamilə, şəkərdən qorunmaq lazımdır. Bu gün qidada qətiyyən şəkərdən istifadə etmək olmaz. Biz bundan vaz keçə bilməsək də, məcburuq. Bitki qidalarına üstünlük vermək lazımdır. Qida təbii olmalıdır, yəni dərildiyi, toplandığı kimi. Pomidoru yaxşı qızardıb yemək olar, ondan insana heç nə olmaz. Ancaq pomidoru ketçup kimi yesəniz, yəni souz şəklində onun ziyanı ola bilər. Bunlara diqqət edərək, xərçəngdən qorunmaq olar".

Vasif İsmayıl xərçəng xəstəliyinin əksər növünün müalicəsinin olduğunu bildirdi: 

"Bu gün xərçəng xəstəliyi geniş yayılıb. Amma nəzərinizə çatdırıram ki, mədəni ölkələrdə xərçəngdən ölən insan sayı bizim kimi ölkələrə nisbətən çox azdır. Mətbuatda yazırlar ki, guya onların öz dərmanları var. Xeyr. Sadəcə, onlar misal çəkdiyim qaydalara əməl edirlər. Qidalanmada, idmanda əməl edirlər, vaxtında həkimə gedirlər. Onsuz da, xərçəng xəstəliyi elə bir xəstəlikdir ki, hər hansı formada sonda alnımıza yazılıb. Bunun üçün əvvəlcədən xəstəliyi aşkarlayıb müalicə etdirə biləcəksən. Deyirlər, xərçəngin müalicəsi yoxdur. Amma xərçəng xəstəliyinin əksəriyyətinin müalicəsi var. Bunu da, bir çox insanlar həyata keçirir. Məsələn, avropalılar 90-95 yaşına qədər yaşayır. Bizim insanlar 60-65 yaşına qədər vəfat edir. Sadəcə olaraq, hər şeyin kökündə düzgün həyat tərzi durur".

Ən çox oxunanlar