728 x 90 ad

Stolüstü tennis idman növü üzrə Nərimanov rayon turniri keçirilib

29.11.2016
Stolüstü tennis idman növü üzrə Nərimanov rayon turniri keçirilib
28 noyabr 2016-cı il tarixdə 258 saylı tam orta məktəbin idman zalında stolüstü tennis idman növü üzrə Nərimanov rayon turniri keçirilib.

Yarışın keçirilməsində məqsəd məktəbliləri stolüstü tennis idman növünə cəlb edərək bu idman növünü daha da inkişaf etdirmək, onların fiziki cəhətdən inkişafının və sağlamlıqlarının qorunmasını təmin etməkdir.

Yarışda rayonun 16 məktəb komandası tərkibində 80 nəfər məktəbli (onlardan 32 nəfəri qızlar) iştirak etmişdir. 

Yarışlar olimpiya sistemi üzrə keçirilmişdir. Yarışın nəticəsinə görə I yeri 258 saylı tam orta məktəbin komandası, II yeri  Bakı Modern Məktəbin komandası, III yeri isə “İstək” liseyin komandası tutmuşlar.

Turnirin mükafatlandırma mərasimində Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov iştirak etmiş, qalibləri təbrik edərək onlara təhsilində, idman həyatında yeni-yeni uğurlar arzulamışdır.

Qalib komandaların üzvləri Rayon Gənclər və İdman İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və medallar ilə təltif olunmuşlar.

Ən çox oxunanlar