728 x 90 ad

Öz-özünə düzələn ölkə DİALOQ (KARİKATURA)

02.01.2017
Öz-özünə düzələn ölkə  DİALOQ (KARİKATURA)



Hamı görür, amma hamı deyə bilmir . . .

 

Evdə.

Doğrunu, ölkənin problemlərini söyləmə

- Valideynlər: Eşidərlər, sonra özünü yazıq edərsən. Həyatını qaraltma.


İşdə, tədbirdə.

- Həmkarlar, iştirakçılar: Burada demisən, bir də başqa heç bir yerdə demə. Yazıqsan. Belə gəlib, belə də gedəcək. Özünə iş açma. Başını salla, çörəyini qazan.


Xaricilər yanında.

-        Ətrafdakılar: Xaricilər yanında ölkənin problemlərini demə, ayıbdır, biabır olarıq. Ölkəni aşağılama (Halbuki vətəndaşı adam yerinə qoyan, ona yüksək qiymət verən çox azdır).

Çöldə.

- Bəzi Vətəndaşlar: İndi demə, hər şeyin öz vaxtı var, vaxtı çatıb hamı deyəndə sən də xora qoşularsan! ( İstifadə müddəti bitməyibmiş...)

- Qonşular, tanış-bilişlər: Problemləri demə, polisə xəbər çatar, başın ağrayar, tutub basarlar içəri. Guya, hamı görmür ki???


Müəllif cavabı: Hamı görür. Amma hamı deyə bilmir . . .

Görə-görə lal olmaq daha bədbəxtlikdir. Heç nə öz-özünə düzələn deyil.

 

Arzu Səyyad

Aztoday.az

Ən çox oxunanlar