728 x 90 ad

Türkiyə prezidenti Hillari Klintonu Fətullah Gülənlə əlaqəsi olmaqda ittiham etdi

22.11.2016
Türkiyə prezidenti Hillari Klintonu Fətullah Gülənlə əlaqəsi olmaqda ittiham etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin “Kanal 2” telekanalına müsahibəsində ABŞ Demokrat Partiyasından prezidentliyə keçmiş namizəd Hillari Klintonu müxalifətçi islamçı Fətullah Gülənin təşkilatı FETÖ ilə əlaqələrinin mövcudluğunda ittiham edib.


Virtualaz.org “Anadolu”ya istinadən xəbər verir ki, Ərdoğan deyib: “Onun seçki kampaniyası hansı mənbədən maliyyələşirdi? Türkiyədə mübarizə apardığımız FETÖ ona ciddi dəstək vermiş strukturlardan biri idi”.

Ərdoğanın sözlərinə görə, Trampın prezident seçilməsi ABŞ-ın həyatında yeni dövrün başlaması deməkdir.

“Hesab edirəm ki, Avropanın bəzi yerlərində və ABŞ ştatlarında Trampa qarşı keçirilən nümayişlər demokratiyaya hörmətsizlikdir”, - Türkiyə prezidenti əlavə edib.

Ərdoğan qeyd edib ki, Trampın müsəlmanlara qarşı aqressiv siyasət yürüdəcəyinə inanmır.

Ən çox oxunanlar