728 x 90 ad

Vaqif Əsədov Nuşirəvan Səfərovla bağlı ittihamlara cavab verdi: "Məhkəmənin “Porsche Panamera” nın saxlanılması ilə bağlı qərarı var"

29.12.2016
Vaqif Əsədov Nuşirəvan Səfərovla bağlı ittihamlara cavab verdi: "Məhkəmənin “Porsche Panamera” nın saxlanılması ilə bağlı qərarı var"
28 dekabr tarixində AzToday.az saytında dərc edilmiş "Vətəndaş: “Nuşirəvan Səfərov oğlumun avtomobilini girov götürüb, bizdən 1000 manat istəyir” - Qalmaqal" başlıqlı məqaləyə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov münasibət bildirib.  

Belə ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi redaksiyamızla əlaqə saxlayaraq, vətəndaş Həsənov Rafilin şikayətinin əsassız olduğunu deməklə yanaşı, müəllifin şikayəti araşdırmamış dərc etməsindən təəssüfləndiyini qeyd edib. 

Vaqif Əsədov vətəndaş Həsənov Rafilin dediklərinin cəfəngiyyat olduğunu söylədi: "Nəzərinizə çatdırmaq istəyirəm ki, 15 sentyabr 2016-cı il tarixində saat 22 radələrində sürücü Həsənov Həsənin idarə etdiyi 90 XX 055 dövlət nişanlı “Porsche Panamera” markalı avtomobil "fifa" siqnalından istifadə etdiyi üçün yol polisi əməkdaşları tərəfindən saxlanılıb. Elə həmin yerdə aydın olub ki, sürücü Həsən Həsənovun 16 cərimə balı var və onun cərimələri ödəmədiyi faktı aşkar olur. Həmçinin məlum olur ki, Həsən Həsənovun idarə etdiyi 90 XX 055 dövlət nişanlı “Porsche Panamera” markalı avtomobillə bağlı "Bank Respublika"nın ipoteka şərtlərini pozulmasına görə, Qaradağ rayon Məhkəməsinin iyun ayından qərarı var. Qərarın icrasıBakı şəhər Dövlət Yol Polisi İdarəsinə tapşırılıb. Qərara əsasən həmin avtomobil cərimə meydançasına aparılib, "Bank Respublika"ya qaytarılmalıdır. Qaradağ rayon Məhkəməsinin qərarında deyilir ki, Həsən Həsənov ipoteka krediti ilə aldığı “Porsche Panamera” markalı avtomobilə görə 14 aydır ödəniş edilmir. Yol polisi əməkdaşları da məhkəmə qərarı əsasında 90 XX 055 dövlət nişanlı “Porsche Panamera” markalı avtomobili cərimə meydançasına aparıb. Cərimə meydançasında da Həsən Həsənov polisin qanuni tələblərinə əməl etməyərək, avtomobilin açarını verməkdən imtina edib. Sonra şikayət etməyə başlayıb ki, mənim avtomobilimdən 5 min manat oğurlanıb. Hallbuki avtomobilin qapılarını özü bağlayıb. Araşdırmalar nəticəsində məlum oldu ki, vətəndaşın şikayəti əsassızdır. Və kamera görüntüləri ilə sübut olundu ki, özü cərimə meydançasında avtomobilin qapılarını "pult"la bağlayır.  

4 aydır ki, Rafil Həsənovun və oğlu Həsən Həsənovun şikayət etməkdə davam edir. Onların şikayətləri Bakı şəhər Prokurorluğunda, Bakı şəhər Baş Polis İdarəsində və Dövlət Yol Polisi İdarəsində araşdırılıb. Araşdırmalar nəticəsində  Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarının qanunun tələblərinə əməl edib, Həsənov Həsən Rafil oğluna məxsus olan 90 XX 055 dövlət nişanlı “Porsche Panamera” markalı avtomobili cərimə meydançasına apardığı məlum olub. Maraqlıdır ki, vətəndaş Rafil Həsənov Qaradağ rayon Məhkəməsinin qərarından yuxarı instansiya məhkəmələrinə şikayət etmək əvəzinə yol polisi və rəhbərliyin işguzar nüfuzuna xələ gətirmək istiqamətində bu cür cəhdlər edir. 

Yol Polisi əməkdaşlarının fəaliyyəti həm cəmiyyətin, həm də rəhbərliyin daim diqqətindədir. Və yol polisi əməkdaşlarının necə xidmət göstərdikləri CPRS və xüsusi kameralar vasitəsi ilə izlənilir. Həsən Həsənovun avtomobili saxlanılan zaman dediklərinin hamısının səs yazısı bizdə var. Səs yazısını sizə təqdim edəcəyəm. Onun səs yazısını izləsəniz, vətəndaş və jurnalist olaraq belə bir şəxsə münasibətinizin bəlli olacağına şübhəm yoxdur. 

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin və rəhbərliyi heç bir vətəndaşla düşmənçilik etmir və edə də bilməz. Diqqətinizə catdırmaq istəyrəm ki, Rafil Həsənova məxsus 90 - RR - 051 dövlət nişanlı "Mercedes" markalı avtomobil ödənilməmiş cərimələrə görə saxlanılmış və cərimə meydançasına aparılmışdı. Vətəndaş Rafil Həsənov cərimələri ödədikdən sonra avtomobili ona təhvil verildi. İndi belə bir adamın Bakı şəhər Dövlət Yol Polisi İdarəsini və yol polisi əməkdaşlarını işguzar nüfuzuna xələl gətirməsi başa düşülən deyil. Aydındır ki, polis cinayətkarı, cinayətkar da polisi istəmir. Eyni zamanda intizamsız sürücülər də yol polisini xoşlamırlar. Yol polisi əməkdaşları tərəfindən Həsən Həsənovla bağlı dəfələrlə protokolllar tərtib olub və inzibati sanksiyalar tətbiq olunub. Bu səbəbdən də sürücülük hüququndan mərhum edilib.

Bir daha qeyd edirəm ki, vətəndaş Həsənovun Rafilin etdiyi şikayət tam cəfəngiyatdır və heç bir əsası yoxdur". 

Ən çox oxunanlar