728 x 90 ad

Vətəndaş: “Nuşirəvan Səfərov oğlumun avtomobilini girov götürüb, bizdən 1000 manat istəyir” - Qalmaqal

28.12.2016
Vətəndaş: “Nuşirəvan Səfərov oğlumun avtomobilini girov götürüb, bizdən 1000 manat istəyir” - Qalmaqal
Masallı sakinindən Daxili İşlər naziri, general polkovnik Ramil Usubova müraciət: “Nuşirəvan Səfərov oğlumun avtomobilini 4 aydır ki, girov saxlayır və bizlən zorla 1000 manat rüşvət tələb edir”

“Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi Nuşirəvan Səfərov oğlumun maşınını 4 aya yaxındır ki, cərimə meydançasında saxlayır və 1000 manat rüşvət verilməyəcəyi təqdirdə maşını cərimə meydançasından buraxılmayacağını bildirir”.

Bu sözləri AzToday.az saytına Masallı sakini Həsənov Rafil bildirib. Vətəndaşın sözlərinə görə onun oğlu Həsənov Həsən Rafil oğluna məxsus olan 90 XX 055 dövlət nişanlı “Porsche Panamera” markalı avtomobil 4 aya yaxındır ki, qanunsuz olaraq Badamdarda, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin cərimə meydançasında saxlanılır:
“Təqribən dörd ay əvvəl oğlumun avtomobili Dövlət Yol Polisləri tərəfindən saxlanılıb. Maşında qara pərdə olduğuna 453 dövlət nişanlı ekipajın komandiri Ceyhun Fətəliyev maşını cərimə meydançasına aparacağını bildirib. Daha sonra Ceyhun Fətəliyev oğlumdan 200 manat alıb. Bu zaman hadisə yerinə 450 dövlət nişanlı Yol polisi avtomobili gəlib və onlarda əlavə olaraq oğlumdan 300 manat tələb ediblər. Oğlum 300 manatı verməkdən imtina edib və bundan sonra onunla 453 dövlət nişanlı ekipajın komandiri Ceyhun Fətəliyev arasında mühahisə yaranıb. Mübahisə zamanı Ceyhun Fətəliyev bildirib ki, artıq Rəşadət Babayevin dədəsi də gəlsə, o maşını cərimə meydançasına aparacaq. Bu barədə səs yazıları mövcuddur və hazırda prokurorluqda olan həmin səs yazısında Ceyhun Fətəliyev açıq şəkildə oğlumu təhdid edərək ondan rüşvət istəyir və Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəisinin müavini Rəşadət Babayev haqqında təhqiramiz ifadələr işlədir.

Biz məsələ ilə bağlı prokurorluğa müraciət etmişik, və bu insident araşdırılır. Lakin buna baxmayaraq tələb olunan cəriməni ödəməyimizə baxmayaraq, oğlumun avtomobilini cərimə meydançasından çıxara bilmirik. Çünki Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi Nuşirəvan Səfərov bizə açıq şəkildə bildirir ki, ona 1000 manat vermədən avtomobil cərimə meydançasından çıxmayacaq. Açığı mən belə bir özbaşınalığı heç gözləmirdim. Bu birbaşa reket vasitəsi ilə vətəndaşdan  zorla rüşvət almaq mexanizmidir və Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəisinin belə bir işlə məşğul olması dövlət adına utancvericidir. Onu da qeyd edim ki, Çünki Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi Nuşirəvan Səfərov bu davranışı ilə hal-hazırda məhkəməsi gedən MTN generalı Akif Çovdarovun qanunsuz əməllərini təkrarlayır. 
Mən Nuşirəvan Səfərovun bu özbaşınalığı ilə bağlı dəfələrlə 102 xidmətinə zəng edib bildirmişəm. Bundan başqa Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, bir neçə polis general-mayor Ramiz Zeynalova məktub ünvanlamışam. Lakin mənim şikayətimə baxan yoxdur. Hazırda bu məsələ ilə bağlı prokurorluğua şikayət etmişik. Onlar araşdırma aparsalar da, Nuşirəvan Səfərov prokrorlkğa təzyiq edir. 

Mən burdan Azərbaycan Respublikasının Daxili İşlər naziri, general polkovnik Ramil Usubova müraciət edirəm.

Cənab nazir, biz sizi dövlətimizin və qanunlarımızın qarantlarından biri hesab edirik. Sizdən haqqları pozulan və məmur özbaşınalığının qurbanına çevrilən bir vətəndaş kimi xahiş edirəm ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi Nuşirəvan Səfərovun bu özbaşınalığına son verəsiniz. Çünki Nuşirəvan Səfərovun bu hərəkəti heç bir halda dövlət məmuru anlayışı ilə, qanunlarla bir araya sığmır. Sizdən çox xahiş edirəm, bu məsələnin araşdırılması ilə bağlı tapşırıq verəsiniz.  Bizi bu Nuşirəvan Səfərovun özbaşınalıqdan və qanunsuz rüşvət tələbindən xilas edin”. 

Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin mövqeyini dərc etməyə hazırıq.

AzToday.az

Ən çox oxunanlar