728 x 90 ad

Vitse-prezindet federasiya rəhbərini rüsvay etdi - "Nazim İbrahimovun 300 min manat borcu var"

24.10.2016
Vitse-prezindet federasiya rəhbərini rüsvay etdi - "Nazim İbrahimovun 300 min manat borcu var" Azərbaycan Qılıncoynatma Federasiyasındakı problemlər bitmək bilmir.

Federasiyanın vitse prezidenti Yaşar Məmmədov Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov barədə ağır ittihamlar səsləndirib. Cənab Məmmədov iddia edib ki, federasiyanın prezidenti qılıncoyanadların maaşını verməməklə yanaşı ona xeyli pul borcludu.

Onun Qaynarinfo.Az-a verdiyi açıqlamanı sizə təqdim edirik: 

"Bildiyiniz kimi, əvvəlcə oktyabrın 15-i federasiyaya seçki keçirmək istəyirdim. Sonra Nazim İbrahimovun istəyi ilə bunu ayın 22-nə keçirdik. Ancaq prezidentin özü 20-də Azərbaycandan getdi. O istəyir ki, Milli Olimpiya Komitəsinin (MOK) Hesabat-Seçki Konfransına federasiya prezidenti kimi qatılsın. Deyir, sonra bizim federasiyaya seçkilər keçirilər. Ayın 11-də onun prezidentliyinin 9 ili tamam oldu. Özü ilə görüşə bilmirəm. Hər dəfə Diasporla İş üzrə Dövlət Komitəsinə gedəndə polislər deyir ki, yanında qonağı var. Məni də müavini Ramin Məmmədov qarşılayır, aparır çay içirtməyə. O da deyir ki, bu məsələni çox qabartmayın, vəziyyət pisdir. Nazim İbrahimovun 300 min manat federasiyaya borcu var. Mənə borcu 117 mindir. 17 aydır ki, ofisin aylıq icarə haqqı - 2200 manatı hər ay mən verirəm. Prezident də vitse-prezidentdən bir günə 15 min manat borc alıb, 2 ilə yaxındır ki qaytarmaz? Sonra məni qınayır ki, niyə "feysbuk"da borclu olduğumu yazmısan?! Deyir ki, mən elə bilirəm ki, 15 min manat 300 minin içindədir. Ötən ilin dekabrın 15-də mühafizəçisini göndərmişdi ki, təcili 2 min manat pul lazımdır, 1 həftəyə qaytaracaq. 10 ay keçib, hələ də qaytarmayıb. Guya pulu yoxdur?! Eşitmişəm ki, yaxınlarda 200 minə maşın alır. Qətərdə o qədər boş şeyə pul xərcləyir.

2 il əvvəl MOK-un iclasında iştirak edəndə demişdim ki, 41 idmançının imzası var ki, Nazim İbrahimovun onlara borcu var. O imzalar çəkiləndə hələ 6 ay idi ki, maaş almırdıq. Onda mənə dedi ki, 1-2 günə pulları verəcək. Həmin vaxtdan maaşların verilməməsi müddəti 17 aya gəlib çatıb. O 41 adamdan 2-si ölüb, 11-i isə xaricə gedib. 10-u Türkiyə, 1-i də Ukrayna adından çıxış etməyə başlayıblar. Bax, beləcə komandanı dağıdıb".

Ən çox oxunanlar