İdman

PSJ-dən Mbappeyə açıq ultimatum

PSJ-nin prezidenti Nasser Əl-Xelaifi bu yaxınlarda Kilian Mbappeyə açıq ultimatum verib.

Qol.az İspaniya “Sport” nəşrinə istinadən xəbər verir ki, klub 24 yaşlı hücumçunun Parisdə oynamağa davam etməsi üçün müqaviləni uzatmalı olduğunu bildirib. Paris təmsilçisi Kilianın gələn yay azad agent kimi klubdan ayrılmasına icazə vermir. Eyni zamanda, futbolçunun özü də bundan əvvəl 2024-cü ildə gələcəyinə qərar vermək niyyətində olduğunu açıqlamışdı . O, PSJ ilə müqaviləsini yeniləməyi planlaşdırmır.

Buna görə də PSJ Mbappeni komanda təyyarəsinə girişdən məhrum edə bilər. Mbappe iyulun 22-ə qədər müqaviləni yeniləməsə, klub hücumçunun iyulun 22-də mövsümöncəsi Yaponiyaya təlim-məşq toplanışına getməsinə qoymayacaq.

Bənzər yazılar

Back to top button