İdman

“Ançelotti deyib ki, mənimlə rəqs edəcək” – Kamavinqanın cavabı gündəm oldu

“Real Madrid”in yarımmüdafiəçisi Eduardu Kamavinqa son iki mövsümdə “Kral klubu”nun forması ilə qol vura bilməməsi barədə sualı cavablandırıb.

Fanat.az xəbər verir ki, AS fransalı futbolçunun dediklərini belə çatdırıb:

“Karlo Ançelotti deyib ki, növbəti qolumu vuranda mənimlə rəqs edəcək. Amma bilmirəm nə vaxt fərqlənəcəm və bu, ona nə vaxt qismət olacaq”.

Kamavinqa İspaniya nəhənginə 2021-ci ildə, 31 milyon avro qarşılığında Fransanın “Renn” klubundan transfer olunub. Cari mövsüm bütün turnirlərdə 31 matça çıxan orta xətt oyunçusu 1 məhsuldar ötürmə ilə yadda qalıb. Sözügedən futbolçunun “Real”la müqaviləsinin müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulub. “Transfermarkt” portalı Eduardunun transfer qiymətini 90 milyon avro ilə dəyərləndirir.

Bənzər yazılar

Back to top button