Dünya

Trampdan onun çıxış mətnini cıran Pelosiyə sərt reaksiya (VİDEO)

ABŞ prezidenti Donald Tramp Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin onun “İttifaqın vəziyyəti” çıxış mətnini çırmasına sərt reaksiya verib.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, Ağ Ev rəhbəri spikeri qanunları pozmaqda günahlandırıb.

“Bu, qorxunc bir şey idi. Hər şeydən əvvəl əlindəki rəsmi sənəddir və onu cırmağa haqqı yoxdur. Pelosinin etdiyi qanunsuz bir şeydir. O, qanunu tapdaladı”, – deyə Tramp bildirib.

Pelosinin sənədi cırdığını həmin an görmədiyini və ona bu barədə sonradan məlumat verildiyini deyən ABŞ prezidenti spikerin bu hərəkətinin həm Konqresə, həm də bu ölkəyə hörmətsizlik olduğunu deyib.

Tramp demokratların onun barəsində qaldırdıqları impiçment istintaqından üzüağ çıxması barədə isə bunları deyib:

“Demokratların tərəfində çox sayda pisniyyət olduğunu düşünürəm. Rəsmən dəli oldular. 3 il ərzində bir çox insandan artıq iş gördüm. Amma demokratlar işgörən insanlar deyil. Onlar “Trampla yola getməmə sindromu”na tutulublar”.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button