Siyasət

Azərbaycan Avropa ilə sazişi nə zaman imzalayacaq

Həmvətənlərimizin Avropa ölkələrinə vizasız getməsi 2 ilə reallaşa bilər

“2017-ci ilin əvvələrindən Avropa İttifaqı və Azərbaycan arasında Assosiativ Sazişin imzalanması üçün geniş müzakirələr gedir. Belə demək mümkünsə sazişin əsas hissəsi, yəni təqribən 90 faizindən çoxu ilə bağlı razılığa artıq gəlinib“- bu sözləri son açıqlamalarından birində Azərbaycanlı jurnalistə Avropa Komissiyasının Azərbaycan, Belasrus, Ermənistan və Şərq Tərəfdaşlığı bölməsinin sədr müavini Jeroen Willems deyib.

Danışıqların bu mərhələsinin nisbətən çətin irəlilədiyini bildirən Willems Avropa İttifaqı ilə rəsmi Bakı arasında fikir ayrılığı daha çox hansı məsələlər ətrafındadır sualına cavab olaraq bildirib ki, sazişdə insan hüquqları ilə bağlı olan maddələr ətrafında razılıq əldə edilib və daha çox son müzakirə mövzuları əsasən ticarət məsələlərini əhatə edir. Qeyd edək ki, bəzi azərbaycanlı ekspertlər də razılaşdırılmayan məsələlərin müzakirəsinin vaxt tələb etditini deyirlər.

Jeroen Willemsin sözlərinə görə ikitərəfli sazişin 2021 ildə imzalanması baş tuta bilər: “Vaxtını dəqiq deyə bilməsək də yaxın gələcəkdə imzalanacağını gözləyirik. Bu sazış hər iki tərəf üçün çox əhəmiyyətlidir”.

Qeyd edək ki, Assosiativ razılaşma Avropa İttifaqının “Şərq Tərəfdaşlıq” proqramı ilə tam hüquqlu əməkdaşlığı nəzərdə tutur. Onun əsas şərtlərindən biri ondan ibarətdir ki, ölkə Ümumdünya Ticarət Təşkilatına üzv olmalıdır, ölkə ilə iqtisadi əməkdaşlıq xaricində müqavilələr imzalanmalıdır, ölkənin gömrük, sərhəd idarə olunma isistemi, böyük korporasiyaların ölkəyə gəlişi və ölkədə iş qurması şəffaf olmalıdır və Avropa İttifaqının tələblərinə uyğun təşkil olunmalıdır. Bundan başqa sazişə uyğun olaraq Azərbaycan vətəndaşlarının Avropa ölkələrinə vizasız gediş-gəlişinə də icazə veriləcək.

Bənzər yazılar

Back to top button