İqtisadiyyat

Rusiya təyyarə reyslərini bərpa edir: Siyahıda Azərbaycan da var

Rusiya aviaşirkətləri xaricə uçuşları bərpa etməyə hazırlaşır.

AzToday.az cebhe.info-ya isitinadən xəbər verir ki, artıq bir neçə aviadaşıyıcı uçuşların bərpası mexanimzini hazırlayır. Xaricə uçuşun 15 iyuldan bərpası nəzərdə tutulur. Təyyarələrin bortunda sanitar qaydalara riayət edilməsi əsas tələblərdən olacaq.

İlk növbədə Avrasiya İqtisadi Birliyi və MDB ölkələrinə uçuşlar bərpa olunacaq. Daha sonra uzaq ölkələrə uçuşlar nəzərdə tutulur. İlkin məlumata görə, Rusiya Hava Yolları artıq 15 dövlətə bununla bağlı təkiflərini göndərib.

Xatıladaq ki, Rusiya xarici ölkələrlə hava nəqliyyatını 27 martda dayandırmışdı.

Bənzər yazılar

Back to top button