Cəmiyyət

Məktəblər hansı tarixdə açılacaq? – RƏSMİ

Koronavirus səbəbilə aylardır fəaliyyətini dayandıran təhsil müəssisələrinin nə zaman açılacağı hər kəsi maraqlandırır.

Sosial şəbəkələrdə məktəb və bağçaların yanvar ayından etibarən başlayacağı ilə bağlı məlumatlar yayılıb.

Bununla bağlı mediapost-a açıqlama verən Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, bu cür məlumatlar tamamilə əsassızdır:

“İnsanlar belə dəqiqləşdirilməmiş məlumatlara inanmamalıdır. Təhsil müəssisələrinin qaydaya uyğun olaraq nə zaman açılması nəzərdə tutulubsa, o zaman da açılacaq. Dərslərin sentyabr ayında açılması planlaşdırlıb”.

Bənzər yazılar

Back to top button