İdman

Messi Ronaldudan iki dəfə üstündü – Alimlərin araşdırması

Niderlandın “SciSports” informasiya şirkəti və Belçikanın Löven Universitetinin alimləri birlikdə “Barselona”nın hücumçusu Lionel Messi və “Yuventus”un forvardı Kriştianu Ronaldunun oyun keyfiyyətləri ilə bağlı tədqiqat aparıblar.

Fanat.Az xəbər verir ki, araşdırmanın nəticələrinə görə, Leo Ronaldunu iki dəfə qabaqlayıb. Qiymətləndirmə zamanı müxtəlif oyun parametləri nəzərə alınıb.

Futbolçuların oyun zamanı etdiyi bütün hərəkətlər və matçların nəticəsinə təsiri əsasında xüsusi dəyərləndirmə aparılıb. Məlum olub ki, Kriştianu 2013-2016-cı illər aralığında ən yaxşı performanslarına məhz Messiyə qarşı oynadığı matçlarda imza atıb.

Yekunda Lionelin nəticəsi 1.21, Ronaldununku isə 0.61 olub. Araşdırmaya görə, argentinalı futbolçu portuqaliyalı ulduzla müqayisədə topla daha effektivdi, daha çox qol epizodu yaradır və oyunun nəticəsinə daha çox təsir edir.

Bənzər yazılar

Back to top button