Cəmiyyət

Təhsil ekspertindən millət vəkilinin 1-ci siniflərlə bağlı fikrinə münasibət

“7 ildən sonra birinci sinifə gedən şagirdlərin sayında çox da ciddi bir problem olmayacaq”.

Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov millət vəkili Etibar Əliyevin “pandemiyanın ən böyük təsirini 7 ildən sonra birinci sinfə gedən şagirdlərin sayında görəcəyik” fikrini şərh edərkən deyib.

“Mən belə düşünmürəm. Çünki 1-ci sinfə gedən 165 min uşağın yalnız 15 mini ailələrin ilk övladı olur. Bir il ərzində Azərbaycanda 68-72 min nəfər nikaha daxil olur.

Onların arasında ailə həyatının birinci ilində uşaq dünyaya gətirən 35-40 min ailə olur. Digər hissə 2-ci ilə təsadüf edir. Bundan başqa uşaqların 5-6-7 yaşda məktəbə getməsini nəzərə alsaq, 7 il sonra çox da ciddi bir problem olmayacaq”, – ekspert deyib.

Kamran Əsədov qeyd edib ki, 2018 -ci ildə 138 min uşaq dünyaya gəlib:

“Amma 2000- ci ildə 116 min, 2005-ci ildə isə bu say 141 min olub. Ümumiyyətlə, 2015-ci ildən etibarən doğulan uşaqların sayında azalma müşahidə olunur. Amma 2020-ci ilin pandemiya ili 2026-2027-ci il üçün şagird sayına təsir göstərməyəcək. Düzdür, nikaha daxil olanların sayı azalıb, amma hazırda Azərbaycanda 2 milyon 85 min ailə var. Bunların da karantin dövründə evdə qaldığını nəzərə alsaq, əvvəlki illərdə müşahidə olunmayan çoxuşaqlı ailələr olacaq. Bu da azalan nikahları konpensasiya edəcək”.

Bənzər yazılar

Back to top button