Xəbərlər

“Bəxtimizə belə bir rejim və belə bir idarəçilik forması düşüb…”

Dünyada nə qədər demookratikləşmə meylləri gedirsə o qədər də Azərbaycan iqtidarı bu ölkəni buxovda saxlamaqdadır.

Bu sözləri ictimai fəal Lamiyə Əhmədova söyləyib. Onun sözlərin görə, bu gün Azərbaycanın idarəçiliyi “güc fəlsəfəsi” ilə idarə olunur: “Yəni, “Mən güclüyəm, sən zəif, pulu gətir qoy bura” fəlsəfəsi. Korrupsiyanın nə ölçüsü var, nə də əndazəsi. Bu yeni idarəçilik fəlsəfəsi deyil. Belə fəlsəfə var, demokratiyadan qabaq bütün əvvəlki sistemlər belə idarə olunur. Bizdə Libaralismin rüşeymləri belə yoxdur. Liberalizm düzgün seçki, insan haqları və azad rəqabət deməkdir. Hələ ki, dünyada bundan başqa effektiv bir sistem yaranmayıb. Təəssüf ki, bizim ölkənin bəxtinə amma belə bir rejim və belə bir idarəçilik forması düşüb. Bəzən anlamaq olmur ki, nə üçün Qərb ölkələri Azərbaycanda insan hüquqları, media hüquqları və başqa hüquqlar məsələsinə daha sərt münasibət bildirmir. Əslində mütərəqqi Qərb ölkələrinin liderləri tərəfindən kəskin bəyanatlar daima səslənir. Tutaq ki, ABŞ-ın Dövlət Departamentinin insan haqlarına dair illik hesabatında Azərbaycanda söz azadlığının pozulmasından kifayət qədər xəbər verilir və bundan başqa hansısa konkret hadisəyə görə, həm ABŞ-dan, həm Avropa Birliyindən kəskin bəyanatlar eşidirik. Amma bu da reallıqdır ki, bəyanatlar var, sanksiyalar yoxdur. Yəni, bəyanatlar verməkdan başqa bizim hökumətə bu sahədə təzyiq göstərilmir”.

İçtimai fəal çıxış yolunu ziyalılarda görür:

“Dünya təcrübəsindən görünür ki, demokratiya və insan haqları, vətəndaş aktivliyi sıxışdırılanda insanın mənəvi boşluğunu din və möhvumat əvəzləyir. Bu, dünyada hər yerdə belədir. Nə etmək sualına isə, ümumi cavab belədir: Avtoritar, dünyəvi hökumətin belə problemləri həll etmək üsulları başqadır – repressiya və nəzarəti gücləndirmək yolu ilə. Stalin də məhz bu yolla məsələni həll etmək istəyirdi. Demokratik hökumətin üsulları başqadır. Adətən onlar diskussiya, təbliğat, maarifləndirmə, təhsil yolu ilə bu problemi həll etməyə çalışır. Halbuki, demokratik dövlətdə də qanuni zorakılıq metodları nəzərdə tutulur. Fəqət, bunlara ən son variantda əl atılır. Bu gün ziyalıların vəzifəsi dini dözümlülük təbliğatıdır. Problemlər haqqında açıq danışmaq onların vəzifəsidir, – buna da böyük igidlik lazımdır. Azərbaycanda dindarlar hərəkatı da var, amma güclü dünyəviçilər hərəkatı da var. Ölkədəki vəziyyət imkan verdiyi qədər ziyalılar dözümsüzlüyə və mövhumata qarşı Axundovun və Cəlil Məmmədquluzadənin yandırdığı ocağı sönməyə qoymamalıdırlar”.

Bənzər yazılar

Back to top button