İdman

Qurban Qurbanov FİFA sorğusunda kimə səs verib?

FİFA-nın təşkil etdiyi ilin ən yaxşı futbolçusu və məşqçisi seçimində kimin kimə səs verməsi məlum olub.

Qol.az-ın FİFA-nın saytına istinadən yaydığı xəbərə görə, ölkəmizi səsvermədə təmsil edən milli komandamızın baş məşqçisi Qurban Qurbanov və komandanın kapitanı Kamran Ağayevin seçimi belə olub:

Qurban Qurbanov

Ən yaxşı baş məşqçi: 1.Didye Deşam, 2.Zinəddin Zidan, 3.Xosep Qvardiola

Ən yaxşı oyunçu: 1.Antuan Qrizmann, 2.Luka Modriç, 3. Kriştiano Ronaldo

Kamran Ağayev

Ən yaxşı baş məşqçi: 1.Zinəddin Zidan, 2.Yurgen Klopp, 3.Xosep Qvardiola

Ən yaxşı oyunçu: 1.Kriştiano Ronaldo, 2.Məhəmməd Salah, 3.Lionel Messi

Xatırladaq ki, ilin ən yaxşı baş məşqçisi Fransa millisinin çalışdırıcısı Didye Deşam, ilin ən yaxşı futbolçusu isə Xorvatiya millisinin və “Real”ın yarımmüdafiəçisi Luka Modriç seçilib.

Bənzər yazılar

Back to top button