İqtisadiyyat

Koronavirus ərzaq məhsullarının qiymətini aşağı salacaq – HESABAT

Koronavirus pandemiyasının kənd təsərrüfatı məhsullarına tələbdə və qiymətlərdə azalmaya səbəb olacağı gözənilir.

AzToday.az xəbər verir ki, bu barədə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatının birgə açıqladığı “Kənd Təsərrüfatı Mənzərəsi 2020-2029” hesabatında qeyd olunub. Buna səbəb tədarük zəncirlərində misli görülməmiş inamsızlıq və alıcılıq qabiliyyətinin dünya miqyasında aşağı düşməsi göstərilir.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının baş katibi Angel Qurria virusun xüsusən inkişaf etməkdə olan ölkələrdə sürətli şəkildə yayıldığına diqqət çəkərək, bu vəziyyətin narahatlıqları daha da artırdığını bildirib. Hesabatda pandemiyanın aşağı gəlirli ölkələrdə tarixi şoklara səbəb olcağı qeyd olunub.

Gəlirlərin aşağı düşməsi səbəbindən qiymətlər aşağı salınsa da, kənd təsərrüfatı məhsullarına tələbin də azalacağı gözlənilir. Hesabatda xüsusən bitki tərkibli yağların və heyvan məhsullarına tələbin azalacağı qeyd olunub.

Baş katib belə bir vəziyyətdə donuz vəbası, iqlim dəyişikliyi və çəyirtkə istilaları kimi kənd təsərrüfatı sahəsində gözlənilən digər problemlərin də diqqətdə saxlanılmasını məsləhət görüb.

Həmçinin hesabatda koronavirus və təsirlərinə baxmayaraq kənd təsərrüfatı məhsulları istehsalının 2029-cu ilə qədər dünya miqyasında ildə 1,4 faiz artacağı proqnozuna yer verilib. İstehsaldakı artımın əkin metodlarının inkişaf etdirilməsi və investisiyaların 85 faizə çatdırılması, böyümədəki 5 faizlik nisbətin isə kənd təsərrüfatı sahəsinin payına düşməsindən qaynaqlanacağı bildirilib. Kənd təsərrüfatı sahəsinin böyüməsinin artan tələbi qarşılayacaq səviyyəyə gələcəyi və bunun qiymətlərin aşağı düşməsinə də səbəb olacağı qeyd olunub.

Bənzər yazılar

Back to top button