Dünya

Ermənistanda son sutkada daha 15 nəfər koronavirusdan ölüb

Koronavirusa yoluxanların ümumi sayı 35 minə çatır

AzToday.az “aysor.am” saytına istinadən xəbər verir ki, Ermənistan Səhiyyə Nazirlyinin Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Mərkəzindən verilən məlumata görə, Ermənistanda 18 iyul tarixinə səhərə olan rəsmi statistikaya əsasən, ölkədə koronavirusa yoluxanların sayı 34462 nəfərə çatıb.

Mərkəzdən verilən məlumata görə, son 1 sutkada daha 461 nəfərdə koronavirusa yoluxma qeydə alınıb, 15 nəfər ölüb. Ölənlərin ümumi sayı isə 832 nəfərə çatıb.

Orxan Məmmədli

AzToday.az

Bənzər yazılar

Back to top button