İdman

“Əl-Nəsr” ilə razılaşdığı deyilən Zaha A Seriyasında?

“Kristal Pelas”la müqaviləsinin müddəti bu ay başa çatan Uilfrid Zaha karyerasını İtaliya A Seriyasında davam etdirməyə yaxındır.

Fanat.az xəbər verir ki, informasiyanı şəxsi “Twitter” hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.

Məlumata görə, hücumçunun xidmətində “Latsio” maraqlıdır. Roma təmsilçisinin Fil Dişi Sahilindən olan forvardla danışıq apardığı, lakin tərəflərin indilik bu yöndə ortaq məxrəcə gələ bilmədiyi vurğulanıb.

Daha öncə Zahanın Səuiyyə Ərəbistanının “Əl-Nəsr” klubu ilə şəxsi müqavilənin detallarını razılaşdırdığı barədə məlumat yayılmışdı.

Qeyd edək ki, 2022/2023 mövsümündə İngiltərə Premyer Liqasında 27 matça çıxan Uilfrid 7 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Bənzər yazılar

Back to top button