Dünya

Rusiyadan Türkiyəyə turist axını

İki gündə təxminən 40 min rus turisti Antaliyaya dincəlməyə gedib

AzToday.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Türkiyənin Antaliya vilayətinin valisi Ərsin Yazıçı jurnalistlərlə görüşündə bildirib ki, şəhərdə yeni növ koronavirus (COVID-19) infekasiyası ilə mübarizə üçün yüksək səviyyədə bütün tədbirlər görülüb.

Hər şeyin insanların sağlamlığı üçün düşünüldüyünü deyən Yazıcı, şəhərdəki hər kəsin və sektorların turizmə çox bağlı olduğunu dilə gətirib.

Qonaqların gəlməyə başladığını ifadə edən Yazıcı, “Dünən 22 min Rus turist var idi. Bu gün 17 min 571 Rus qonaq qəbul etməyə başladıq. Orta hesabla 10 min civarında olan turistlərin sayı dünən etibarən 34 min 996-a çatdı. Ümid edirəm almanlar da gələcək və turizm sektoru daha aktiv olacaq”, – deyə bildirib.

Yzıcı deyib ki, Antaliyaya gələn sərnişinlərin hava limanına daxil olduqları andan etibarən etibarlı tətil ab-havası hiss etmələri üçün bütün şərait yaradılıb.

Orxan Məmmədli

AzToday.az

Bənzər yazılar

Back to top button