Dünya

Paşinyanı çətin vəziyyətə salan sual – VİDEO

Xəbər verdiyimiz kimi, Ermənistanın Baş Naziri Nikol Paşinyan BBC telekanalında yayımlanan “HardTalk” verilişinin qonağı olub.

Verilişdə Paşinyan aparıcı Stiven Sakurun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verdiyi suallara cavab verərkən çətin anlar yaşayıb. Müsahibə Azərbaycan sosial şəbəkələrində olduğu kimi, Ermənistanda da müzakirə və tənqid olunub.

Paşinyanın daha çox çətinlik yaşadığı an isə bu olub:

S.Sakur: “Bir aydan çoxdur ki, siz Dağlıq Qarabağda gərginliyi artıran bir sıra təxribatçı addımlar atmısınız. Məsələn, niyə siz ötən ilin avqustunda Dağlıq Qarabağa-Stepanakertə getdiniz və “Artsax (siz Qarabağı belə adlandırırsınız) Ermənistandır, nöqtə” bəyanatını verdiniz? Sonra izdihama imkan verdiniz ki, birləşmə ilə bağlı millətçi şüarlar səsləndirsinlər. Bu, açıq-aydın Azərbaycana qarşı təxribat idi”.

N.Paşinyan: “Mən niyə “Dağlıq Qarabağ, Artsax Ermənistandır” dedim? Birincisi, Dağlıq Qarabağda bir neçə minilliklərdir ki, yerli erməni əhalisi məskunlaşıb. Yeri gəlmişkən, “Artsax” adının bir neçə minillik yaşı var. İkincisi…”

S.Sakur: “Baş Nazir, səmimi desəm, biz sizin tarixinizin min illər dərininə gedə bilmərik. İndi edə biləcəyimiz odur ki, bu günün reallıqlarına nəzər yetirək. Sizin də yaxşı bildiyiniz kimi, BMT Baş Assambleyası açıq şəkildə bütün erməni qüvvələrinin Azərbaycan Respublikasının işğal edilmiş torpaqlarından dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamə qəbul edib. Beynəlxalq hüquqa əsasən, sizin qüvvələriniz işğalçı qüvvələrdir. Sizi isə ora getməyi və o ərazinin sizin olduğu barədə danışmağı seçirsiniz. Aydındır ki, siz sülhməramlı deyilsiniz”.

https://www.facebook.com/qafqazinfo/videos/999436983848545/?t=10&v=999436983848545

Qafqazinfo.az

Bənzər yazılar

Back to top button