Sağlamlıq

Koronavirusun ikinci dalğası bu şəraitdə yarana bilər – Baş infeksionist

Ölkədə koronavirus pandemiyasının ikinci dalğasının baş verməməsi üçün bizə tövsiyə olunan və qoyulan qaydalara riayət etməliyik.

Bunu Trend-ə açıqlamasında Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyib. Onun sözlərinə görə, xəstəliyin yenidən kəskinləşəcəyi ilə bağlı problem bütün dünyanı narahat edir:

“Koronavirusun ikinci dalğası barədə söhbətlər tək Azərbaycanda deyil, bütün dünyada gedir. Bəli, əgər yoluxma varsa, artma ehtimalı da var, ancaq hazırda bu barədə proqnozlar vermək tezdir. Hər şey özümüzdən asılıdır, qoyulan tələblərə riayət etsək, bu olmaya da bilər”.

C.İsayev xəstəliyin niyə məhz payız aylarında arta biləcəyi barədə suala da aydınlıq gətirib. Onun sözlərinə görə, koronavirus soyuq temperatura dözümlüdür: “Bu aylarda bədənin mühitə uyğunlaşması baş verir və orqanizmdə müəyyən geriləmələr ola bilər. Həmçinin payızda digər infeksiyaların baş qaldırması və orqanizmi zəiflədən faktorların artması bu xəstəliyin inkişafına şərait yarada bilər. Ona görə də payız fəsli virusun inkişafı üçün əlverişli dövrdür”.

Bənzər yazılar

Back to top button