Dünya

Kremldən Navalnının zəhərlənməsi ilə bağlı açıqlama – “Dəlil yoxdur…”

Rusiya müxalifətinin lideri Aleksey Navalnının vəziyyəti ağırdır, həkimlər onun həyatını xilas etməyə çalışırlar. “AzPolitika.info” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə onun həkimi Anatoly Kaliniçenko jurnalistlərə bildirib.

Kreml Prezident Vladimir Putinin əsas tənqidçisinin vəziyyətindən xəbərdar olduğunu bildirib, ona yaxşılaşmağı arzulayıb. Ancaq siyasətçinin zəhərlənməsi iddialarına dəlil olmadığı qeyd edilib.

TASS dövlət xəbər agentliyi mənbəyə istinadla yazır ki, müxalifətçi bloqer xəstəxanaya daxil olanda ilkin “psixodisleptik maddə ilə kəskin zəhərlənmə” diaqnozu qoyulub.

Navalnın çay aldığı kafe təhlükəsizlik nəzarətindən keçəndən sonra sərt şəkildə qorunan ərazidə yerləşib. Hüquq-mühafizə orqanındakı mənbə TASS agentliyinə deyib ki, kafedə işləyənlərlə müsahibələr işçilərin baş verənlər haqda az şey bildiyini göstərib.

Avropa Birliyinin Xarici siyasət rəhbəri Jozep Borrell Aleksey Navalnının şübhəli zəhərlənmə insidenti haqda məlumatlardan narahatlığını bildirib.

“Təsdiqlənərsə, buna görə məsuliyyət daşıyanlar cəzalandırılmalıdır”, – o, tvitində yazıb.

Britaniyanın Xarici İşlər naziri Dominik Raab Navalnı haqda xəbərlərdən dərin narahatlıq keçirdiyini söyləyib.

Bənzər yazılar

Back to top button