GündəmHadisə

Abşeronda jurnalistin evini dağıtdılar – FOTO

Abşeron rayon İcra Hakimiyyətinin nümayəndələri jurnalist Hacı Zeynalovun 4-5 ildir, tikdiyi və hələ başa çatdırmadığı evini dağıdıb.

Bu barədə jurnalistin dostları məlumat veriblər. Jurnalistin ev tikməklə bağlı Abşeron rayon İcra Hakimiyyətinin razılıq sənədi, memarlığın təsdiq etdiyi sənədlərinin olduğu bildirilir.

Qeyd edilir ki, həmin sənədlər jurnalistə Abşeron rayon İcra Hakimiyyətinin sabiq başçısı Zakir Fərəcovun vaxtında verilib. Hazırda isə Abşeronun icra başçısı İradə Gülməmədovadır.

Jurnalistin dağıdılan evi Saray qəsəbəsində tikilib. Məlumata görə, o, evi tikdirmək üşün bir neçə dəfə bankdan kredit götürüb və hələ də həmin krediti geri ödəyə bilməyib.

///Modern.az

Bənzər yazılar

Back to top button