Bizim seçimDigərManşet

İnkvizitorlar və pedofillər: Vatikan ətrafında yeni qalmaqal

Fransada pedofilikdə ittiham olunan katolik ruhanilərinin və onların Vatikandakı himayədarları ətrafında yeni bir qalmaqal dalğası başlayıb.

Bu barədə AzToday.az xarici KİV-ləri istinadən xəbər verir ki, çərşənbə axşamı, Katolik Kilsəsinin iki yüksək rütbəli ierarxiyası Fransanın Lyon məhkəməsinə çağırılıb. Məhkəməy çaxrılanlar sırasında Lionun Baş Arxiyepiskopu, Kardinal Philippe Barbaren və perfekt Konqressi doktarinasının iman rəhbəri, Luis Fransisko Ladaria Ferrerindi.

Hazırda məkəmə işində Ladaria Ferrerin adı xüsusilə keçir. Belə ki, o Roma Papasından sonra Vatikanda rəsmi olaraq üçüncü yeri tutur və əslində təsir baxımından onu ikinci də hesab edənlər var. Bir çoxları isə Ladaria Ferreri Böyük İnkvizitor adlandırlar.

Bundan əlavə Lyon məhkəməsinə daha beş ruhaninin çağrıldığı da qeyd edilir. Onlardan üçü kilsə kahini, daha ikis isə kilsə xidmətində olmayan, lakin Lyonun Baş Arxiyepiskopu ilə əlaqəlidirlər. İş üzrə “pedofiliya qurbanı” olmuş ona yaxın zərərçəkən, hazırda 66 yaşlı Kardinal Philippe Barbarene qarşı məhkəmə qarşısında qaldırdıqları iddiaya əsasən onun həbsini tələb edirlər. Baxmayaraq ki, ötən il Lyon Prokurorluğu tərəfindən cinayət işinə xitam verilməsinə məhkəmə yenidən bu cinayət işi üzrə artıq Kardinal Philippe Barbarene ilə yanaşı kilsənin yerli kahini olan Bernard Preyin də cinayət məsuliyyətinə cəlb edilməsi üçün prokurorluq orqanları qarşısında vəsadət qaldırıb.

Qeyd edək ki, Vatikanın “pedofil kahin”ləri ətrafında dəfələrlə qalmaqallar yaşanıb. Bir müddət əvvəl belə bir hadisə arxiyepiskop və Dominikan Respublikasında Roma Papasının səlahiyyətli səfiri Yozef Vesolovski də pedofiliya ilə məşğul olduğuna görə məhkəmə qarşısına çıxarılmışdı. Polşalı arxiyepiskopun həbsindən sonra isə axtarış aparan müstəntiqlər onun komputerində özü ilə intim əlaqədə olan uşaq pornoqrafiya çəkilişlərini aşkar etmişdi.

İndiyə qədər Roma papası Fransisk bütün dünyada ruhani-pedofil qalmaqalları üzündən katolik kilsəsinin düşmüş nüfuzunu bərpa etməyə çalışır. 2013-cü ildə o, Vatikan kodeksinin harada işləmələrindən asılı olmayaraq, onun bütün qulluqçu və xidmətçilərinə şamil olunması barədə qərar vermişdi. 2014-cü ilin aprelində o, uşaqlara qarşı şiddətə yol verən ruhanilərin əvəzindən üzr istəmişdi. May ayında isə onların hərəkətlərini ümumiyyətlə “iblis messiyası” ilə eyniləşdirmişdi.

2015-ci il fevral ayında pontifik ruhaniləri pedofillərin əməllərini ört-basdır etməməyə səslədi. İyun ayında isə o, bu cür seksual xarakterli əməllər törədən din xadimlərinin işlərini ört-basdır edən yepiskopların cinayət işlərinə baxacaq məhkəmə yaradılmasına razllıq verdi. Bu, Vatikan tərəfindən görünməmiş bir addım idi.

Elə həmin vaxt papa amerikan arxiyepiskopu Con Naynştadt və auksiliariya Li Pişenin istefalarını qəbul etmişdi. Çünki prokurorluq arxiyeparxiyanı uşaqları ruhani-uşaqbaz Kertis Vexmayerdən müdafiə edə bilməməkdə ittiham etmişdi.
Babək Əliyev
AzToday.az

Bənzər yazılar

Back to top button