GündəmManşetSiyasət

Bakı axmaq yerinə qoyulmağa imkan verməyəcəyini göstərir

Bakının Tovuzda iyul döyüşləri zamanı Ermənistana silah göndərməsi ilə əlaqədar Moskvanın ikiüzlülüyündən narazılığının ifadəsi bu gün davam edib. Məsələni əvvəlcə İlham Əliyev Vladimir Putinlə telefon söhbətində qaldırıb. Amma həmin vaxt Kreml bunu etiraf etməyi və Bakının iradlarına normal reaksiya verməyi lazım bilməyib.

Bunun əvəzinə müdafiə naziri Şoyqu Bakıya göndərilib, o, Ermənistana hərbi texnika deyil, tikinti materialları göndərildiyi haqqında nağıl danışıb. Kremlin bu qədər axmaq izahat verərkən nəyə ümid etdiyini demək çətindir.

Bu gün dövlət başçısının köməkçisi Hikmət Hacıyev Azərbaycanın Şoyqunun bu izahatının qəbul edilmədiyi haqqında mövqeyini dilə gətirib. “Rusiyadan Ermənistana hərbi yük göndərilir və bu Azərbaycan dövlətini, ictimaiyyətini ciddi şəkildə narahat edir. Rusiya tərəfin izahatı bizi tam qane etmir. Azərbaycan Ermənistanın intensiv şəkildə silahlandırılmasının hansı əsaslarla davam etdiyi barədə məsələyə aydınlıq gətirilməsini gözləyir.

Təyyarələrlə guya tikinti materiallarının daşınması haqqında cavab bizi qane etmir. Tikinti materialları başqa yollarla da göndərilə bilər”, deyə Hacıyev şənbə günü keçirilən brifinqdə bildirib. (Turan)

Bənzər yazılar

Back to top button