Hadisə

Bakıda “BakuBus” avtobusu yandı

Bakı şəhərinin Sabunçu rayonunda “Iveco” markalı sərnişin avtobusunun yanar hissələri yanıb.

AzToday.az FHN-ə istinadən xəbər verir ki, yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Yanğınla bağlı Bakı Nəqliyyat Agentliyi (BNA) açıqlama verib. BNA-dan bildirilib ki, bu gün səhər saatlarında “BakuBus” MMC-nin istismarında olan 24 müntəzəm marşrut xətti üzrə 99 JH 246 dövlət qeydiyyat nişanlı avtobusda yanğın hadisəsi olub:

“Yanğın zamanı sürücü təlimata uyğun davranaraq dərhal sərnişinləri təxliyə edib. Nəticədə sərnişinlər arasında xəsarət alan olmayıb. Hazırda hadisə ilə bağlı müvafiq araşdırmalar aparılır”.

Bənzər yazılar

Back to top button