İdman

Ronaldo Xorvatiya ilə oyunu buraxa bilər

Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo yığmanın ümumi məşqini buraxıb.

Qol.az Portuqaliya mətbuatına istinadən xəbər verir ki, 35 yaşlı hücumçunun sağ ayaq barmağında infeksiya olduğu üçün o, komanda ilə birlikdə hazırlıqda iştirak etməyib. “Yuventus”un oyunçusunun hazırda antibiotik müalicəsi aldığı bildirilib.

İtaliya mətbuatı isə Ronaldonun idman zalında məşq etdiyini yazıb. Onun Millətlər Liqasında sentyabrın 5-i keçiriləcək Xorvatiya ilə oyununda iştirakı sual altındadır.

Bənzər yazılar

Back to top button