Dünyaİqtisadiyyat

Dünyanın ən iri banklarından biri 35 min işçisini ixtisar edir

Dünyanın ən böyük banklarından olan HSBC 35 min işçisini ixtisar edəcək.

Qaynarinfo xəbər verir ki, bu barədə Bloomberg-ə Honq Konq bankının baş direktoru Noel Quin açıqlama verib. O, yenidənqurma işləri çərçivəsində bu addımı atdıqlarını və qarşıdakı 3 il ərzində işçi sayını 200 minə qədər azaldacaqlarını bildirib. İşdən çıxarılacaq olanların sayı ümumi işçi sayının 15 faizini təşkil edir.

Honq Konqda uzun müddətdir davam edən aksiyalar və Çində ortaya çıxan koronavirus səbəbindən çətinliklər yaşayan bank həmçini 4,5 milyard dollar qənaət etməyi də düşünür.

Qeyd edək ki, HSBC-nin gəlirlərinin böyük bir qismi Asiyadakı əməliyyatlardan əldə olunur.

İşdən çıxarılmaların Avropa və ABŞ-dakı şöbələri də əhatə edəcəyi bildirilir. Bundan başqa bank Asiya və Yaxın Şərqdəki investisiya bankçılığını gücləndirmək niyyətindədir. Rəsmi məlumatlara görə, 2019-cu ildə HSBC-nin 22,2 milyard dollar mənfəəti olub.

Reuters-in məlumatına görə, HSBC Türkiyə, Ermənistan, Yunanıstan, Oman və digər bir sıra ölkələrdən isə çıxmağı planlaşdırır.

Bənzər yazılar

Back to top button