GündəmManşetSiyasət

Ankarada prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın görüşü

Fevralın 19-da Ankarada Azərbaycan və Türkiyə prezidentlərinin görüşü olub.

“Anadolu” agentliyi bildirib ki, dövlət başçıları əvvəlcə təkbətək, sonra isə nümayəndə heyətlərinin iştirakı ilə görüşüblər.

Danışıqlardan sonra liderlər birgə mətbuat konfransında çıxış edəcəklər.

Danışıqlar zamanı ikitərəfli münasibətlərin bütün spektri, eləcə də əməkdaşlığın daha da dərinləşdirilməsi üzrə addımlar müzakirə olunacaq. Bundan əlavə, tərəflər cari regional məsələləri müzakirə edəcəklər.

Bənzər yazılar

Back to top button